ELM VƏ TƏHSİL


Bilik Fondu fəaliyyətini genişləndirir

Bakı, 25 may, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Bilik Fondunda müşavirə keçirib.

Müşavirədə ölkədə aparılan ideoloji, sosial və elmi maarifləndirmə işlərinin daha da genişləndirilməsi, müxtəlif sahələr üzrə fondun lektorlar qruplarının işinin yenidən təşkili və lektorların ölkə daxilində gələcək fəaliyyət planı müzakirə olunub.

Dövlət müşaviri bildirib ki, Bilik Fondunun lektorlar qruplarının üzvlərindən ibarət yenidən formlaşdırılmış “Heydər Əliyev və azərbaycançılıq”, “Multikulturalizm, tolerantlıq və din siyasəti”, “Ədəbiyyat və incəsənət”, “Hüquq”, “Dilçilik”, “Fizika, riyaziyyat və informatika”, “Ekologiya və yer elmləri”, “İqtisadiyyat”, “Fəlsəfə”, “Tarix”, “Sosial, tibbi maarifləndirmə”, “Cəmiyyət və kitab” bölmələri Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Nizamnaməsinə uyğun olaraq, ölkə əhalisinin elmi-praktik, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərinin artırılması, azərbaycançılıq məfkurəsinin və milli-mənəvi, dini dəyərlərin təbliği, dövlətin daxili və xarici siyasətinin mahiyyətinin ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyət göstərəcək, ölkə Prezidenti İlham Əliyevin hərtərəfli fəaliyyəti, çıxışları və imzaladığı qərarlarla bağlı davamlı mühazirələr təşkil edəcək. Ölkə əhalisinin müxtəlif sosial qruplarının, xüsusən gənclərin elmi biliklərinin və peşəkar vərdişlərinin inkişafı, onların vətənpərvər ruhda tərbiyə olunması istiqamətində Bilik Fondunun həyata keçirdiyi müxtəlif maarifləndirici layihələr daha intensiv və sistemli xarakter alacaq.

Müşavirədə Bilik Fondunun lektorlar qruplarının tanınmış ictimai-siyasi xadimlərdən, Milli Məclisin deputatlarından, dövlət qurumlarının məsul əməkdaşlarından, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxtəlif institutlarının direktorlarından, AMEA-nın həqiqi və müxbir üzvlərindən ibarət sədrlərinin səsləndirdiyi konkret təkliflər ətrafında geniş müzakirələr və fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.