ELM VƏ TƏHSİL


Bilik Fondu ilə Azərbaycan Universiteti arasında anlaşma memorandumu imzalanıb

Bakı, 20 aprel, AZƏRTAC

Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Azərbaycan Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sənədi Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov və Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva imzalayıblar.

Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, sənədə əsasən, bu qurumlar tərəfindən hər kəsin fasiləsiz təhsilini, daim yeniləşən, müasir standartlara uyğun biliklərə və dünyagörüşünə yiyələnməsini, şəxsiyyət kimi inkişafını təmin etmək məqsədilə birgə tədbirlər həyata keçiriləcək. Həmçinin gənclərin biliklərinin, bacarıqlarının, peşəkarlıq səviyyələrinin, dünyagörüşlərinin inkişafına dəstək göstəriləcək.

İmzalanma mərasimində O.Səmədov diqqətə çatdırıb ki, Azərbaycan Universitetinin müəllim, tələbə kontingenti rəhbərlik etdiyi qurumun əməkdaşları, fondun lektorlar qrupunun üzvləri ilə birgə layihələrə də cəlb olunacaqlar. Fond ilə müxtəlif elm, təhsil ocaqları arasında imzalanan əməkdaşlıq sazişlərini xatırladan O.Səmədov bu çərçivədə görülən işlərin əhəmiyyətindən danışıb, birgə fəaliyyətin səmərli olduğunu söyləyib.

Rəhbərlik etdiyi ali təhsil ocağının Bilik Fondu ilə birgə bir neçə tədbirlər həyata keçirdiyini deyən S.Əliyeva qarşılıqlı əməkdaşlığın anlaşma memorandumunun imzalanması səviyyəsinədək yüksəlməsindən məmnunluğunu bildirib. Vurğulanıb ki, Bilik Fondu ölkə ictimaiyyətinin hərtərəfli inkişafı naminə Azərbaycan Universitetinin elmi-texniki bazasına və kollektivin dəstəyinə tam arxalana bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.