ELM VƏ TƏHSİL


Bilik Fondu növbəti maarifləndirici mühazirəni Bərdədə təşkil edib

Bakı, 8 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu əhalinin ideoloji, sosial və elmi maarifləndirilməsi işinin daha da genişləndirilməsi, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin banisi olduğu azərbaycançılıq ideologiyasının və Prezident İlham Əliyevin apardığı uğurlu dövlət siyasətinin prioritet istiqamətlərinin mahiyyətinin ölkə əhalisinə çatdırılması məqsədilə silsilə maarifləndirici mühazirələrin keçirilməsini davam etdirir.

Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, növbəti mühazirə Bərdə rayonundakı Heydər Əliyev Mərkəzində təşkil olunub.

Bərdə Rayon İcra Hakimiyyətinin və Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Bakı Dövlət Universitetinin tarix fakültəsinin dekanı, professor Anar İsgəndərli “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu”, rayonun Zümürxan kənd tam orta məktəbində isə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Elsevər Səmədov “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzusunda mühazirə oxuyublar.

İnteraktiv formada keçən mühazirələrdə yerli ictimaiyyətin nümayəndələri çıxış edərək onları maraqlandıran məsələlərlə bağlı fikirlərini bildirib, mühazirəçilərə suallarını ünvanlayıblar. Qubada və Bərdədə Bilik Fondunun həyata keçirdiyi bütün maarifləndirici layihələri razılıqla qarşılayan yerli ziyalılar bundan sonra da təşkil olunacaq tədbirlərin mövzuları ətrafında fikir mübadiləsi aparıb, təkliflərini səsləndiriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.