ELM VƏ TƏHSİL


Bilik Fondu sağlamlıq imkanları məhdud gənclərə kitab hədiyyə edib

Bakı, 2 dekabr, AZƏRTAC

Bilik Fondunun əməkdaşları 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Ramanadakı 1 nömrəli Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində olublar.

Fonddan AZƏRTAC-a bildirilib ki, mərkəzdə keçirilən görüşdə sağlamlıq imkanları məhdud gənclərin elmə, peşə təlimlərinə, yaradıcılıq növlərinə marağı ilə bağlı fikir mübadiləsi aparılıb.

Bilik Fondu gənclərin istəyinə əsasən, mərkəzdə ödənişsiz xarici dil kurslarının açılmasını, müxtəlif elm, mədəniyyət və incəsənət xadimlərinin, şair və yazıçıların iştirakı ilə görüşlərin keçirilməsini təklif edib.

Mərkəzin direktoru Rəhilə Həsrətova sağlamlıq imkanları məhdud gənclərin daim dövlətin diqqətində olduqlarını, onların bir sıra peşələrdə böyük uğurlar qazandıqlarını deyib.

Sonra Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının hədiyyə etdiyi 50 adda kitab Reabilitasiya Mərkəzinin kitabxanasına təhvil verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.