ELM VƏ TƏHSİL


Bilik Fondunda Hikmət Babaoğlu ilə “İmzalı görüş”

A+ A

Bakı, 30 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, siyasi elmlər doktoru, yazıçı Hikmət Babaoğlu ilə görüş keçirilib.

Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, qurumun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində təşkil olunan tədbirdə “ASAN” könüllülərinin bir qrupu, Yeni Azərbaycan Partiyasının Binəqədi və Nərimanov rayon gənclər təşkilatlarının üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən Bilik Fondunun icraçı direktoru Oktay Səmədov “İmzalı görüş” layihəsi çərçivəsində gənclərlə yazarlar arasında keçirilən görüşlərdən danışıb. Vurğulanıb ki, yeniyetmələrin və gənclərin mütaliəyə maraqlarını artırmaq üçün onların çağdaş dövrün tanınmış simaları ilə görüşlərinin təşkili vacibdir.

Sonra “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, Milli Məclisin deputatı Aydın Hüseynov Hikmət Babaoğlunun yaradıcılığından söz açıblar. Qeyd olunub ki, müxtəlif bədii əsərlərin müzakirəsində gənclərin iştirakı onların dünyagörüşlərinin inkişafına müsbət təsir göstərir.

Hikmət Babaoğlu yazdığı son əsərlər barədə tədbir iştirakçılarına məlumat verib, gənclərin çoxsaylı suallarını cavablandırıb.

Sonda müəllif imzalı kitablarını tədbir iştirakçılarına hədiyyə edib.

Qeyd edək ki, “İmzalı görüş” layihəsi çərçivəsində Milli Məclisin deputatı, yazıçı-publisist Aqil Abbas, yazıçı-publisist Rəşad Məcid, Xalq Yazıçısı Çingiz Abdullayev, şair-tərcüməçi Səlim Babullaoğlu, uşaq yazarları Sevinc Nuruqızı, Aygün Bünyadzadə və Mehriban Nağıyeva ilə görüşlər keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.