ELM VƏ TEXNOLOGİYA


Bilik Fondunda gündəlikdə duran məsələlər müzakirə edilib

A+ A

Bakı, 22 avqust, AZƏRTAC

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü, akademik Kamal Abdullayev Bilik Fondunun əməkdaşları ilə görüşüb.

Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bir sıra məsələlər müzakirə olunub, ilin sonunadək həyata keçiriləcək layihələrin, görüləcək işlərin planına əlavələr edilib.

Dövlət müşaviri diqqətə çatdırıb ki, bu gün Fondun əsas fəaliyyət istiqamətlərindən biri Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə bağlı maarifləndirici tədbirlərin təşkilidir. O deyib: “Əhalinin müxtəlif təbəqələrinə qarşıdakı referendumun mahiyyətini, bu tədbirdə iştirakın vacibliyini izah etmək, onları maarifləndirmək Bilik Fondunun vəzifəsidir”.

Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsindən danışan Kamal Abdullayev bu layihəni davam etdirmək barədə tövsiyələrini də verib. Diqqətə çatdırılıb ki, layihənin miqyası getdikcə daha da genişləndirilməli, beynəlxalq səviyyədə daha çox məktəbləri əhatə etməlidir. O, həmçinin Bilik Fondunun ölkənin müxtəlif bölgələrində, o cümlədən Bilik evlərində təşkil etdiyi təlim kurslarının fəaliyyəti ilə maraqlanıb, bu istiqamətdə görüləcək işlərin genişləndirilməsinin, xüsusilə də xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün dil kurslarının keçirilməsinin vacibliyini vurğulayıb.

Dövlət müşaviri Kamal Abdullayev qarşıdan gələn “Bilik günü” ilə bağlı da Bilik Fondunun görəcəyi işlər barədə fikir və təkliflərini kollektivlə bölüşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.