ELM VƏ TƏHSİL
Bilik Fondunun icraçı direktoru Belarus universitetində monitorinq aparıb
Bakı, 28 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov Belarus Dövlət Universitetində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi sahəsində monitorinq aparmaq üçün Belarus Respublikasına ezam olunub.
Fonddan AZƏRTAC-a bildiriblər ki, icraçı direktor monitorinq zamanı tələbələrlə bir sıra görüşlər keçirib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizmi” fənninin tədrisi layihəsi çərçivəsində bu fənn artıq bir sıra yerli və xarici universitetlərdə tədris edilir.
Layihənin davamlılığını təmin etmək, tədrisin keyfiyyətinə fəal nəzarət mexanizmini qurmaq, müəllimlərin fərdi öhdəliklərini yoxlamaq məqsədi ilə Mərkəzin müəyyən etdiyi şəxslər monitorinq prosesinə cəlb olunurlar. Artıq bir neçə universitetdə monitorinqlərə başlanıb.