Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bilik Günündə Fizika-Riyaziyyat Təmayüllü Lisey kompleksi istifadəyə verilib

Şərur, 15 sentyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 aprel tarixli Sərəncamı ilə Fizika-Riyaziyyat Təmayüllü Lisey yaradılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 15-də - Bilik Günündə Şərur şəhərində Fizika-Riyaziyyat Təmayüllü Lisey kompleksinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 15 sentyabr Bilik Günü və yeni tədris ilinin başlanması münasibətilə muxtar respublikanın bütün ümumtəhsil, ali, orta ixtisas və peşə məktəblərinin şagird və tələbələrini, pedaqoji kollektivləri, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarını, Şərur şəhərindəki Fizika-Riyaziyyat Təmayüllü Liseyin kollektivini isə həm də yeni tədris kompleksinin istifadəyə verilməsi münasibətilə təbrik edərək deyib: Xalqımızın dahi rəhbəri Heydər Əliyev ötən əsrin 70-ci illərində təhsil sahəsinə qayğı göstərir və deyirdi: “Gənc nəslin tərbiyəsinə və təhsilinə ciddi fikir versək, onda gələcəyimiz üçün böyük işlər görmüş olarıq”. Azərbaycan xalqının Ümummilli Liderinin müəllifi olduğu təhsil strategiyası ölkəmizdə yeni cəmiyyət quruculuğunun əsasını qoymuşdur. Ulu Öndər savadlı və milli dəyərlərə sədaqətli kadrların hazırlanmasını inkişafın ən vacib faktoru kimi müəyyənləşdirmiş və bu sahədə sistemli tədbirlər həyata keçirmişdir.

Qeyd olunub ki, bu gün Ulu Öndərimizin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev də təhsilin inkişafına böyük qayğı göstərir. Yeni məktəb binalarının tikilməsi, müasir universitet şəhərciklərinin, peşə və orta ixtisas məktəbləri üçün tədris korpuslarının istifadəyə verilməsi gənclərin hərtərəfli təhsili üçün etibarlı zəmin yaradıb. Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında həyata keçirilən təhsil islahatları artıq öz bəhrəsini verməkdədir. Bu gün muxtar respublika gəncləri ən qabaqcıl informasiya texnologiyalarından, distant təhsil imkanlarından istifadə edərək hərtərəfli təhsil alırlar. Naxçıvan şəhərində də, ən ucqar dağ və sərhəd kəndlərində də şagirdlərin istifadəsinə müasir tədris avadanlıqları, sürətli internetə çıxışı olan kompüterlər, elektron lövhələr, zəngin fonda malik olan kitabxanalar və idman zalları verilib. Bunun nəticəsidir ki, hər il ali məktəblərə qəbulda məzunlarımız yüksək nəticə göstərirlər. Bir sözlə, muxtar respublikada gənclərin zehni və fiziki inkişafı, bilik və bacarıqlarını artırmaları üçün lazım olan bütün şərait yaradılıb.

Ali Məclisin Sədri deyib: Vətənə, xalqa xidmətin ən yaxşı yolu mükəmməl təhsil almaqdır. Hər bir gənc bilməlidir ki, o yaxşı təhsil almaqla, peşə öyrənməklə, ilk növbədə ölkəmizin inkişafına öz töhfəsini vermiş olur. Ölkəmizin gələcəyi bugünkü gəncliyin təhsilə və ya peşə sahələrinə nə dərəcədə yiyələnməsindən, tariximizi, dilimizi, adət-ənənələrimizi necə öyrənməsindən, milli dəyərlərimizi hansı səviyyədə mənimsəməsindən, əsl vətəndaş kimi formalaşmasından asılıdır. Çox istərdik ki, hər bir gənc biliklərə dərindən yiyələnsin, vətənpərvər olsun, öz intellektual və yaradıcı potensialını müstəqil Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafına həsr etsin.

Təhsil islahatları o zaman fayda verir ki, o, cəmiyyətin konkret ehtiyaclarına uyğunlaşdırılsın. Şərur şəhərində Fizika-Riyaziyyat Təmayüllü Lisey də bu zərurətdən yaradılıb. Muxtar respublikada texniki fənlər üzrə şagirdlərin istedad və bacarıqlarının aşkara çıxarılmasında liseyin üzərinə mühüm vəzifələr düşür. Kollektiv yaradılan şəraitdən səmərəli istifadə etməli, müəllim-şagird münasibətləri qarşılıqlı hörmət və tələbkarlıq əsasında qurulmalıdır.

Ali Məclisin Sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “İyirmi birinci əsrdə ölkələrin gələcəyi bilavasitə təhsilin, biliklərin səviyyəsindən asılı olacaqdır. Ona görə uşaqlarımız bilikli, savadlı olmalıdırlar, dünyada gedən yenilikləri bilməlidirlər” fikirlərini diqqətə çatdırıb, bu yolda muxtar respublikanın bütün şagird, kursant və tələbələrinə, müəllimlərə, bütün təhsil sistemində çalışanlara uğurlar arzulayıb, bir daha onların bilik bayramını təbrik edib.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov çıxış edərək deyib ki, hazırda muxtar respublikanın orta ixtisas təhsili müəssisələrində 1003 tələbənin təhsili ilə 209 müəllim, peşə təhsili müəssisələrində 636 müdavimin təhsili ilə 19 müəllim və 17 istehsalat təlim ustası məşğul olur. Cari tədris ilində ümumtəhsil məktəblərində birinci siniflərdə 5308 olmaqla, ümumilikdə 45 min 497 şagird təhsil alır. Onların təlim tərbiyəsi ilə 6657 müəllim məşğul olur. 2016-2017-ci tədris ilində isə müəllim kimi fəaliyyətə başlamaq üçün 304 gənc kadr işə götürülüb. Muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafı, yeni sənaye və xidmət sahələrinin yaradılması, həmin sahələrdə müasir informasiya texnologiyalarının tətbiqi təhsil sahəsində, xüsusən də dəqiq elmlər sahəsində dərin bilik verilməsinə tələbatı artırır. Bununla əlaqədar muxtar respublikamızda dəqiq elmlər sahəsi üzrə kadrların hazırlanması diqqətdə saxlanılıb, Şərur şəhərində Fizika-Riyaziyyat Təmayüllü Lisey yaradılıb. 2015-2016-cı tədris ilindən fəaliyyətə başlayan liseyin VII-X siniflərinə ötən il muxtar respublika ümumtəhsil məktəblərindən qəbul aparılıb, onlardan 150-si haliyədə təhsilini davam etdirir. Cari tədris ilində liseyin VII siniflərinə qəbul üçün 474 şagird müraciət edib, imtahanların nəticələrinə əsasən 54 şagird liseyə qəbul olunub. Bu tədris ilində liseydə 204 şagird təhsil alacaqdır. Liseyin pedaqoji kadr potensialını təmin etmək məqsədi ilə müxtəlif ixtisaslar üzrə sənəd təqdim etmiş müəllimlərin imtahanı keçirilib. Hazırda liseydə 26 müəllim şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olur.

Qeyd olunub ki, muxtar respublikada təhsilin inkişafı sahəsində kompleks tədbirlər görülür. Hazırda ümumtəhsil məktəblərində 623 elektron lövhə və 3725 dəst kompüter quraşdırılıb, kompüterlərdən 2890-ı internetə qoşulub. Bütün bunlar da tədrisin səviyyəsini xeyli yüksəldib. Belə ki, 2015-2016-cı tədris ilində doqquzuncu siniflər üzrə buraxılış imtahanlarının nəticələrinə görə, Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəbləri ölkəmizdə ən yüksək nəticə göstəriblər.

Fizika-Riyaziyyat Təmayüllü Liseyin şagirdi Elvin Cabbarlı deyib: Bu gün muxtar respublikada şagirdlər hər cür avadanlıqlarla təchiz edilmiş, ən müasir informasiya texnologiyaları ilə təmin olunmuş məktəblərdə təhsil alırlar. Bu isə bizi daha da yaxşı oxumağa ruhlandırır. Həyata keçirilən tədbirlər nəticəsində hər bir şagird milli dəyərlərimizi öyrənməyə, zəruri elmi biliyə və dünyagörüşə yiyələnməyə çalışır. İnformasiya texnologiyalarının geniş yayıldığı bir dövrdə muxtar respublikamızda dəqiq elmlər sahəsinin inkişafı məqsədilə Fizika-Riyaziyyat Təmayüllü Liseyin fəaliyyətə başlaması gənclərə böyük imkanlar yaradıb. Elvin Cabbarlı təhsilə göstərilən qayğıya görə şagirdlər adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Sonra Ali Məclisin Sədri açılışı bildirən lenti kəsib, yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, lisey hər biri zirzəmi qatı ilə birlikdə 5 mərtəbədən ibarət tədris və yataqxana binalarından ibarətdir. 380 şagird yerlik tədris binasında 5-i elektron lövhəli olmaqla 19 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat otağı, 2 kompüter otağı, müəllimlər otağı, 55 yerlik akt zalı, kitabxana, arxiv və bufet vardır. Liseydə 42 kompüter quraşdırılıb və internetə qoşulub, kitabxanada 4184 dərslik və 2065 bədii ədəbiyyat olmaqla 6249 kitab şagirdlərin istifadəsinə verilib.

Lisey muxtar respublikanın distant təhsil şəbəkəsinə qoşulub, 2 mindən artıq elektron dərsliklə təmin edilib. Elektron lövhəli sinifdə Heydər Əliyev Muzeyi ilə əlaqə yaradılıb və muxtar respublikanın 210 təhsil müəssisəsinin iştirakı ilə dərs keçirilib.

Ali Məclisin Sədri şagirdlərin kompüter biliklərinin möhkəmləndirilməsi, dərsdənkənar məşğələlərinin düzgün təşkili, onların muzeylərə ekskursiyalara aparılması və müəllimlərin kurslarda iştirakının təmin edilməsi barədə tapşırıqlar verib.

Liseyin pedaqoji kollektivi ilə görüşən Ali Məclisin Sədri deyib ki, liseydə müasir tədris şəraiti yaradılıb. Bu da tədrisin keyfiyyətinin artmasına imkan verəcəkdir. Şagirdlərə dərslər qavramaq yolu ilə öyrədilməlidir. Dəqiq elmlərin tədrisində bu, vacib məsələdir. Elektron lövhələrdən, kompüterlərdən, müasir laboratoriyalardan səmərəli istifadə olunmalıdır. Liseydə istedadlı və bilikli gənclər hazırlanmalıdır. Bu liseyin məzunlarının gələcək fəaliyyəti və cəmiyyətdə layiqli yer tutmaları daim diqqətdə saxlanılacaqdır. Muxtar respublikanın bütün bölgələrindən imtahan yolu ilə qəbul olunmuş şagirdlər liseydə təhsil alır. Pedaqoji kollektiv şagirdlərin yüksək təhsil alması qayğısına qalmalı, nizam-intizama ciddi əməl olunmalıdır.

Kollektiv adından minnətdarlıq edən liseyin müəllimi Günay Ağayeva yaradılan müasir maddi-texniki bazanın istedadlı, savadlı və vətənpərvər gənclər yetişdirilməsinə imkan verəcəyini bildirib, bu yolda səylə çalışacaqlarına söz verib.

273 yerlik yataqxana binasında 5 və 3 yerlik 87 yataq otağı, növbətçi, nəzarətçi və istirahət otaqları, həkim və müayinə otaqları, idman zalı, yeməkxana, mətbəx, ərzaq anbarları, bərbərxana, təsərrüfat otağı və camaşırxana vardır. Otaqların hər biri zəruri mebel avadanlıqları ilə təchiz olunub.

Ali Məclisin Sədri şagirdlərin qidalanmasına və fiziki hazırlıqlarına ciddi diqqət yetirilməsinin vacibliyini qeyd edib.

Binanın həyətində də abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi quraşdırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dən “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər