Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Bilik Günü”ndə Şərur Texniki-Peşə və Sürücülük Məktəb Kompleksi istifadəyə verilib

Naxçıvan, 15 sentyabr (AZƏRTAC). Sentyabrın 15-də - “Bilik Günü”ndə Şərur Texniki-Peşə və Sürücülük Məktəb Kompleksi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Bilik Günü” tədbirində iştirak edib.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev tədbirdə çıxış edərək deyib ki, muxtar respublikada təhsilin inkişafına hərtərəfli qayğı göstərilir. Son 10 ildə muxtar respublikanın şəhər, kənd və qəsəbələrində müasir avadanlıqlarla təchiz edilən, yeni kompyuter dəstləri və elektron lövhələrlə təmin olunan 142 məktəb binası istifadəyə verilib. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün ümumtəhsil məktəblərində oxuyan hər 12 şagirdə 1 kompyuter düşür. Şagirdlərin biliklərə yiyələnməsi, dərslərin yüksək səviyyədə təşkili üçün ümumtəhsil məktəblərində 600-ə yaxın elektron lövhə quraşdırılıb, təhsil ocaqları dərslik və dərs ləvazimatları ilə təmin olunub.

Qeyd olunub ki, 2013-2014-cü tədris ilində ümumtəhsil məktəblərində birinci siniflərdə 4700 şagird təhsil aldığı halda, 2014-2015-ci tədris ilində birinci siniflərə 5163 şagird qəbul olunub. Onların da 1066-sı Şərur rayonunun ümumtəhsil məktəblərinin payına düşür. Muxtar respublikada peşə təhsili şəbəkəsinin genişləndirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilir. 2014-2015-ci tədris ili üçün peşə təhsili müəssisələrinə 500 şagird qəbul olunub. Ümumiliklə peşə təhsili müəssisələrində 19 ixtisas üzrə 650 müdavimin təlim-tərbiyəsi ilə 72 müəllim və istehsalat təlimi ustası məşğul olacaqdır.

Piri Nağıyev yaradılan şəraitə görə muxtar respublikanın təhsil işçiləri adından minnətdarlığını bildirib.

Məktəbin müəllimi Jalə İsmayılova deyib ki, muxtar respublikada təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür, təhsil müəssisələri yeni binalarla təmin olunurlar. Şərur Texniki Peşə və Sürücülük Məktəbinin yeni tədris və yataqxana binasının istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır.

Jalə İsmayılova yaradılan şəraitdən səmərəli istifadə edərək gənc nəslin təlim-tərbiyəsi istiqamətində səylə çalışacaqlarına, vətənpərvər və ixtisaslı kadrlar hazırlayacaqlarına söz verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanına əsasən sentyabr ayının 15-nin ölkəmizdə “Bilik Günü” kimi qeyd olunduğunu bildirib, bu münasibətlə muxtar respublikanın ümumtəhsil, ali və orta ixtisas təhsil məktəblərinin şagird və tələbələrini, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarını, pedaqoji kollektivləri, Şərur Texniki Peşə və Sürücülük Məktəbinin kollektivini isə həm də yeni tədris və yataqxana binalarının istifadəyə verilməsi münasibətilə təbrik edərək deyib: Bu gün ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi təhsil strategiyası Azərbaycanda öz bəhrəsini verməkdədir. Gənclərin təhsil alması üçün bütün imkanlar yaradılıb. Yeni məktəb binalarının istifadəyə verilməsi, təhsil müəssisələrinin informasiya texnologiyaları ilə təminatı, distant və elektron təhsil sisteminə keçid tədrisin səviyyəsini daha da yüksəldəcəkdir.

Təhsilli gənclik hər bir ölkənin intellektual sərvətidir. Bu sərvətdən səmərəli istifadə, müxtəlif sahələr üzrə mütəxəssislərin hazırlanması bizim qarşıda duran əsas vəzifəmizdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu məsələnin vacibliyini nəzərə alaraq deyib: “Gənclərimiz yaxşı oxumalıdır, bilik sahibi olmalıdır, peşəkar olmalıdırlar. Çünki bu gün Azərbaycanda bütün imkanlar var. İqtisadiyyat inkişaf edir, yeni iş yerləri, yeni sənaye müəssisələri, xidmət sahələri açılır. Peşəkar kadrlara böyük ehtiyac var. Mən çox istəyirəm ki, bizim əsas, aparıcı sahələrimizin inkişafında Azərbaycan gəncləri öz rollarını oynasınlar”.

Ali Məclisin Sədri deyib: Peşəkar kadrlar yalnız ali və orta ixtisas təhsili müəssisələrində hazırlanmır. Bu məsələdə peşə təhsilinin düzgün təşkili də mühüm əhəmiyyətə malikdir. Muxtar respublikanın sosial-iqtisadi inkişafı və bunun nəticəsi olaraq açılan yeni iş yerləri ixtisaslı kadrlara olan tələbatı artırıb. Bu səbəbdən son illər peşə təhsilinin məzmunu tamamilə yeniləşib, peşə tədrisi müəssisələrinin maddi-texniki bazası gücləndirilib. İqtisadiyyatın çoxşaxəli inkişafı, yeni peşə və sənət sahələrinin yaranması özü ilə bərabər ixtisaslı kadrlara olan tələbatı da artırır. Artıq müasir dövrdə peşə təhsili günün tələbinə çevrilib. Hazırda muxtar respublikada 1 peşə liseyi, 4 peşə məktəbi və 1 Regional Peşə Tədris Mərkəzi fəaliyyət göstərir. Bu gün istifadəyə verilən Şərur Texniki Peşə və Sürücülük Məktəbi də muxtar respublikada peşə ixtisaslı kadrlara olan tələbatın ödənilməsində mühüm rol oynayacaqdır.

Yeni dərs ili ilə bağlı aidiyyəti qurumlara konkret tapşırıqlar verən Ali Məclisin Sədri deyib: Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi informasiya texnologiyalarının imkanlarından istifadə etməklə peşə təhsilinin daha da təkmilləşdirilməsinə, müasir texnika və texnologiyalara dair tədris materiallarını özündə əks etdirən proqramlar və dərs vəsaitlərinin hazırlanmasına, mühəndis – pedaqoji heyətin səviyyəsinin yüksəldilməsinə nail olmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvan Regional Peşə Tədris Mərkəzində kadr hazırlığı işini əmək bazarının tələbləri ilə uzlaşdırmalı, ixtisaslaşma apararaq yeni kurslar açmalı, təlim kurslarını bitirən müdavimlərin müvafiq işlə təmin olunmalarını diqqət mərkəzində saxlamalıdır.

Şəhər və rayon icra hakimiyyətləri də Təhsil Nazirliyi ilə birlikdə yerlərdə ixtisaslı kadrlara olan tələbatı müəyyənləşdirməli, gənclərin peşə istiqamətinə cəlbi ilə bağlı tədbirlər gündəlikdə saxlanılmalıdır. İqtisadiyyat və Sənaye Nazirliyi peşə məktəbləri ilə sahibkarlıq subyektləri, xüsusilə müasir texnologiyalar əsasında işləyən istehsal müəssisələri arasında əlaqəni gücləndirməli, kadrlar tələbata uyğun hazırlanmalı, işə qəbul zamanı peşə təhsili olan kadrlara üstünlük verilməlidir. Kütləvi informasiya vasitələrində peşə təhsilinə marağın artırılması məqsədilə maarifləndirici veriliş və qəzet materialları hazırlanmalıdır.

Ali Məclisin Sədri gənclərə müraciət edərək deyib: Müasir gənclik Ümummilli Liderimizin əsəri olan müstəqil Azərbaycanda yaşayır. Müstəqil ölkədə yaşamaq nə qədər xoşdursa, onun qorunub saxlanması da bir o qədər vacib və taleyüklü məsələdir. Gələcəkdə bu şərəfli işi bu gün məktəbdə yetişən gənclik həyata keçirəcəkdir. Ona görə də tariximizi öyrənmək, adət-ənənələrimizə, milli dəyərlərimizə sahib çıxmaq, yüksək təhsil almaq hər bir gəncin borcu olmalı, pedaqoji kollektivlər öz fəaliyyətlərini bu istiqamətdə qurmalıdırlar. Gənclərimiz daha savadlı və vətənpərvər olmalı, ixtisaslı kadr kimi formalaşmalıdır.

Ali Məclisin Sədri muxtar respublikada təhsilə başlayan bütün şagird, kursant və tələbələrə, müəllimlərə bu yolda uğurlar arzulayıb və çıxışını ümummilli liderimiz Heydər Əliyevin gələcəyimiz olan gənclərə xitabən söylədiyi “Müstəqil Azərbaycanda təhsil alan hər bir gənc gələcəkdə Azərbaycanın mənafeyi üçün çalışmağı qarşısına məqsəd qoymalı, peşəkar mütəxəssis və milli kadr kimi yetişməlidir” fikirləri ilə bitirib.

Sonra Ali Məclisin Sədri Şərur rayon ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan 25 şagirdə kompyuter dəsti hədiyyə edib, açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, peşə məktəbi tədris korpusu və yataqxana binasından ibarətdir. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan tədris korpusunda dərslərin səmərəli təşkili üçün hər cür şərait yaradılıb. 360 yerlik binada 17 sinif otağı, 4 laboratoriya, 5 emalatxana, şahmat və kompyuter otaqları, müəllimlər otağı, hərbi kabinə, tibb məntəqəsi, idman zalı, arxiv, dərzi, bərbərxana və digər yardımçı otaqlar vardır.

Sinif otaqlarında məlumat stendləri asılıb, emalatxanalarda müxtəlif avtomobil və kənd təsərrüfatı texnikalarının hissələri, eləcə də dəzgahlar qoyulub. Bu da keçirilən dərslərin praktik olaraq daha yaxşı mənimsənilməsinə, peşəkar mütəxəssislərin hazırlanmasına köməklik göstərəcəkdir. Məktəbdə 11 ixtisas - elektrik montyoru, bərbər, qadın bərbəri, qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər, kompyuter istifadəçisi, xalçaçı, traktorçu maşinist, qazanxana maşinisti, aşpaz köməkçisi, xörəkpaylayan, avtomobil sürücüsü ixtisasları tədris olunacaqdır. Bu il həmin ixtisaslar üzrə ümumilikdə 220 müdavimin məktəbə qəbulu planlaşdırılıb.

Peşə hazırlığı ilə bağlı təlim prosesində və əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadr hazırlığında informasiya texnologiyalarının imkanlarından istifadə mühüm əhəmiyyət daşıyır. Şərur Texniki Peşə və Sürücülük Məktəbində də 11 elektron lövhəli sinif və kompyuter otağı vardır. Kompyuter otağındakı 21 kompyuterin hər biri internetə qoşulub. Bildirilib ki, kompyuterlərə yüklənən elektron tədris proqramları biliklərin daha səmərəli mənimsənilməsinə imkan verəcəkdir. Xüsusilə müdavimlər internet şəbəkəsi vasitəsilə təhsil aldıqları peşə üzrə ətraflı məlumatlar toplaya biləcəklər. Bu da mütərəqqi texnologiyalarla işləməyi, kompyuter texnikasından sərbəst istifadə etməyi bacaran yüksək ixtisaslı kadrların hazırlanmasına zəmin yaradacaqdır.

Binada sürücülük peşəsinin praktik mənimsənilməsi üçün də lazımi şərait yaradılıb, 2 avtotrenajor quraşdırılıb. Avtotrenajorlardan biri yük, digəri isə minik maşını tiplidir. Bu müasir tədris avadanlıqları müdavimlərin nəqliyyat vasitəsindən istifadə qaydalarını daha səmərəli mənimsəmələrinə şərait yaradacaqdır. İstifadə zamanı yol-hərəkət qaydalarının pozulması hallarının səsli və vizual olaraq bildirilməsi isə təlim zamanı buraxılan nöqsanların aradan qaldırılması baxımından əhəmiyyətlidir. Mühərrik gücünü, hava və yol şəraitlərini seçmək imkanı yaradan avtotrenajorlar sürücülük peşəsinə yiyələnmək istəyənlər üçün ideal tədris vasitəsidir.

Elektron lövhəli sinfə baxış zamanı Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov muxtar respublikada elektron təhsilin təşkili və distant tədrisə keçidlə bağlı həyata keçirilən tədbirlər barədə Ali Məclisin Sədrinə məlumat verib. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqənin təşkili məqsədilə mərkəzi server qurulub, ümumtəhsil məktəbləri və 10 muzey bu sistemə qoşulub. Bundan əlavə, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində 25 şagird yerlik Distant Tədris Mərkəzi yaradılıb. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin www.tehsil.nakhchivan.az internet saytının “e-təhsil” bölməsində qeydiyyatdan keçməklə Distant Tədris Mərkəzinə qoşulmaq mümkündür.

Ali Məclisin Sədri Şərur Texniki Peşə və Sürücülük Məktəbi, Heydər Əliyev Muzeyi və ümumtəhsil məktəbləri arasında videobağlantı vasitəsi ilə “Heydər Əliyev və Naxçıvan” mövzusunda keçirilən dərsi izləyib, elektron təhsilə keçidlə bağlı həyata keçirilən tədbirlərin bundan sonra da davam etdirilməsi barədə müvafiq tapşırıqlar verib.

Məktəbin yataqxana binası da müasir layihə əsasında qurulub. Zəruri mebel avadanlıqları ilə təchiz olunan bina 83 yerlikdir. Burada müdavimlər üçün lazımi məişət şəraiti yaradılıb, camaşırxana, yeməkxana, əşya və ərzaq anbarları istifadəyə verilib.

Binanın həyətindəki yürüş təlim meydançası da yol hərəkəti qaydalarına uyğun olaraq işarələnib, işıqforlar qurulub. Təlim meydançasında müdavimlər əyani sürmə vərdişlərinə yiyələnəcəklər. Məktəbə verilən yeni nəqliyyat vasitəsi sürücülük kursu keçənlərin praktik vərdişlərinin artırılmasına şərait yaradacaqdır.

Məktəbin müəllimləri ilə görüşən Ali Məclisin Sədri deyib ki, bu gün ali təhsillə yanaşı, peşə təhsilinin inkişafı istiqamətində də ardıcıl tədbirlər görülür. Şərur Texniki Peşə və Sürücülük Məktəbi üçün müasir kompleksin istifadəyə verilməsi də bu sahəyə göstərilən diqqətin nəticəsidir. Yaradılan şərait pedaqoji heyətin qarşısında mühüm vəzifələr qoyur. Məktəbdə tədris olunan ixtisaslar üzrə peşəkar kadrların hazırlanması daim diqqət mərkəzində saxlanılmalı, tədris prosesi günün tələbləri səviyyəsində qurulmalıdır.

Müəllimlər yaradılan şəraitə görə minnətdarlıq ediblər.

Binalarda müasir videonəzarət sistemi quraşdırılıb, məktəbin həyətində abadlıq işləri aparılıb, istirahət guşəsi, açıq idman qurğuları və mini futbol meydançası istifadəyə verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib

"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğurlu nəticə əldə edib

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib

Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş

Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb

Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib

Azərbaycan və Türkiyə birgə tarixi film çəkəcəklər

“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib

Korsikanın muxtariyyətinə dair qanun layihəsi qəbul olundu, deputat etiraz etdi: Bu, buxovdur

Birinci Beynəlxalq Opera Festivalının ən gənc iştirakçıları çıxışa hazırlaşırlar

Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib

BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Kino Agentliyində “Kinematoqrafiya haqqında” Qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılır

Novruz bayramı günlərində yollarda 39 yol-nəqliyyat hadisəsi baş verib

Bakı şəhərətrafı dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları təsdiqlənib

“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Federasiya rəsmisi: “Böyük İpək Yolu” beynəlxalq turnirinin keçirilməsi ölkəmizdə boksun inkişafına müsbət təsir göstərəcək

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 279 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qafqazşünaslıq İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş dəyirmi masa keçirilib

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozadan

Şərqşünas alimin məqaləsi Tehranda çap olunub

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Biləsuvarda vətəndaşları qəbul edib

Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb

Latviyanın xarici işlər naziri istefa verib

Beynəlxalq ekspert: COP29 Azərbaycanın iqtisadi mövqeyini gücləndirməsi üçün strateji fürsətdir - MÜSAHİBƏ

Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Qızıl medal qazanan boksçu: Rəqiblərim güclü olsa da, yarış mənim üçün yaxşı keçdi

AzTU Türkiyə universitetləri və istehsalat müəssisələri ilə əməkdaşlıq əlaqələrini genişləndirir

Azərbaycanın daha 2 boksçusu "Böyük İpək Yolu" turnirində qızıl medal qazanıb

BDU-da 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

ATU rəhbərliyinə institusional akkreditasiya şəhadətnaməsi təqdim olunub