Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Bilik günü muxtar respublikada bayram əhval-ruhiyyəsi ilə qeyd olunub

Naxçıvan, 16 sentyabr, AZƏRTAC

15 sentyabr – Bilik günü münasibətilə Naxçıvan Muxtar Respublikasının bütün rayon və şəhərlərində bayram əhval-ruhiyyəsi ilə qeyd olunub.

Naxçıvan şəhərindəki 14 nömrəli tam orta məktəbdə keçirilən tədbiri Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Qanun Məmmədov açaraq bildirib ki, bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda təhsilə böyük diqqət və qayğı göstərilir. Bu sahədə görülən işlərin nəticəsidir ki, muxtar respublikada 200-ə yaxın təhsil müəssisəsi tikilərək və yaxud yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilib. Təbii ki, görülən işlərdən Naxçıvan şəhərinə də böyük pay düşüb. Naxçıvan şəhəri üzrə 17 tam orta məktəb var ki, bunlardan 15-i yeni binada fəaliyyət göstərir, biri yeni tikilir, digərində isə əsaslı yenidənqurma işləri aparılır.

Qeyd olunub ki, təhsil quruculuğu sahəsində görülən işlər təhsilin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına şərait yaradıb. Bunun nəticəsidir ki, hər il muxtar respublikanın digər ümumtəhsil müəssisələrində olduğu kimi, Naxçıvan şəhərində fəaliyyət göstərən təhsil müəssisələrindən də ali məktəblərə qəbul olunan məzunların sayı artır. Bu il Naxçıvan şəhəri üzrə ali məktəblərə 380 nəfər qəbul olunub. Ümumi qəbul faizi 74,9 faiz təşkil edib.

Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov çıxış edərək təhsilə göstərilən dövlət qayğısından danışıb, müəllim və şagirdləri Bilik günü münasibətilə təbrik edib.

X X X

Şərur rayonunda keçirilən tədbirdə bildirilib ki, son 20 ildə Şərur şəhərində və rayonun kənd yaşayış məntəqələrində 40-dan çox yeni məktəb binası tikilərək, yaxud yenidən qurularaq istifadəyə verilib. Yeni məktəblər müasir tələblərə cavab verən avadanlıq və texniki vasitələrlə təmin olunub, hamısında mərkəzləşdirilmiş istilik sistemi quraşdırılıb. Hazırda Şərur şəhərində, Çəmənli və Arbatan kəndlərində orta məktəb binalarının tikintisində işlər sürətlə davam etdirilir.

Vurğulanıb ki, bu tədris ilində rayonda 54 tam orta məktəb fəaliyyət göstərəcək. Rayon üzrə I siniflərdə 1071, X siniflərdə 752, XI siniflərdə 583 nəfər, bütövlükdə, 9 min 275 şagird məktəblərdə təhsil alacaq. Onların təlim-tərbiyəsi ilə 1800-dən çox müəllim məşğul olacaq. Rayondakı ümumtəhsil müəssisələrinin müəllim kadrları ilə tam komplektləşdirilməsi üçün lazım olan boş yerlər haqqında əvvəlcədən məlumat verilib, sentyabrın 6-da Naxçıvan şəhərində keçirilmiş təhsil yarmarkasında 73 gənc müəllim işə qəbul edilib. Onların çoxu ucqar dağ kəndlərində ehtiyac olan ixtisaslar üzrə işləməyə üstünlük veriblər.

X X X

Bilik günü və 2016-2017-ci tədris ilinin başlanması münasibətilə Babək rayonunun ümumtəhsil məktəblərində də tədbirlər keçirilib. Babək qəsəbə 2 nömrəli tam orta məktəbdə keçirilən tədbiri rayon Təhsil Şöbəsinin müdiri Ovni Muradov açıb.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rasim Hüseynov əlamətdar gün münasibətilə rayonun bütün pedaqoji kollektivlərini təbrik edib, onlara təhsildə yeni-yeni nailiyyətlər arzulayıb. Qeyd olunub ki, iki məktəb istisna olmaqla, rayonun bütün təhsil ocaqları tikilən və ya yenidən qurulan binalarda fəaliyyət göstərir. Bütün təhsil ocaqlarının maddi-texniki bazası gücləndirilib, tədrisin yüksək səviyyədə təşkili üçün hərtərəfli şərait yaradılıb. Hazırda 270 şagird yerlik Məzrə kənd tam orta məktəbinin binasında son tamamlama işləri aparılır.

Vurğulanıb ki, rayonda 36 tam orta, 6 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Bu il ali məktəblərə qəbul imtahanlarında daha yüksək göstəricilərə nail olunub. Belə ki, orta məktəbi bitirən 582 məzundan 452 nəfəri ali məktəblərə sənəd verib. Məzunlardan 1-i qızıl medala layiq görülüb. Ali təhsil ocaqlarına sənəd verənlərdən 251 nəfəri tələbə adını qazanıb. Onlardan 46-sı 500-700 arası, 9 nəfəri isə 600-dən yuxarı bal toplayıb.

Məktəbin direktoru Allahverdi Allahverdiyev təhsil ocağının uğurlarından danışaraq bildirib ki, məktəbi ötən tədris ilində 20 məzun bitirib. Onlardan 14-ü ali təhsil ocaqlarına sənəd verib. 10 məzun tələbə adını qazanıb. Tələbələrdən 1 nəfəri 649 bal toplayıb. Çalışacağıq ki, bizə göstərilən qayğı müqabilində hər il daha yüksək nəticələr əldə edək.

Sonra ilk zəng çalınıb, şagirdlər siniflərə daxil olublar.

Bu il rayon üzrə məktəblərin birinci siniflərinə 938 şagird gedir.

X X X

Bilik günü və yeni dərs ilinin başlanması münasibətilə Ordubad şəhərindəki Əkbər Ağayev adına 3 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Elşad Məmmədov bildirib ki, rayonda 34 tam orta, 2 ümumi, 1 ibtidai məktəb fəaliyyət göstərir. Onların 24-ü üçün müasir tələblərə cavab verən yeni binalar inşa olunub. Yaxın vaxtlarda Baş Dizə kənd tam orta məktəbi də öz fəaliyyətini yeni binada davam etdirəcək. Rayonun təhsil ocaqlarının yeni informasiya texnologiyaları ilə təminatı yüksək səviyyədədir. Bu gün məktəblərimizdə 80 ədəd elektron lövhədən, 504 ədəd kompyuterdən istifadə edilir. Bütün bunlar isə son nəticədə təhsilin səviyyəsinin yüksəlməsinə şərait yaradıb. Belə diqqət və qayğıya cavab olaraq rayonumuzun təhsil işçiləri öz işlərini günün tələbləri səviyyəsində qurmağa çalışır, üzərlərinə düşən məsuliyyəti və vəzifələri dərindən dərk edərək böyüməkdə olan gənc nəslin təlim və tərbiyəsi sahəsində fəaliyyətlərini daha da gücləndirirlər.

Valideynlər adından çıxış edən Hüsniyyə Tağıyeva rayonda təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərə görə minnətdarlığını bildirib, yeni dərs ilində müəllim və şagirdlərə uğurlar arzulayıb.

X X X

Culfa rayonunun Yaycı kənd 1 nömrəli tam orta məktəbində Bilik günü münasibətilə keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Şükür Babayev yeni dərs ilinin başlanması münasibətilə müəllim və şagirdləri, valideynləri təbrik edib. Rayonun təhsil müəssisələrinin qazandığı uğurlardan da söz açan Şükür Babayev bildirib ki, 2015-2016-cı tədris ilində 2 nəfər qızıl, 1 nəfər gümüş medala layiq görülən şagird olmaqla, ümumilikdə, məktəbi bitirən 398 məzundan 302 nəfər ali məktəblərə qəbul olunmaq üçün sənəd təqdim edib, onlardan 156 nəfəri ali məktəblərə, IX sinif bazasından isə 28 nəfər orta ixtisas məktəblərinə qəbul olunub. Bundan əlavə, tam orta təhsil bazasından 20 nəfər kolleclərə, 17 nəfər isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul edilib. Ali məktəblərə qəbul olan şagirdlərdən 26 nəfəri 500-600, 9 nəfəri 600-700 arasında bal toplayıb. Bütün bu göstəricilər rayonda təhsil sahəsində qazanılan nailiyyətlərdən xəbər verir. Təbii ki, əldə olunan nailiyyətlərin əsasında təhsilə göstərilən hərtərəfli dövlət qayğısı dayanır. Son illər muxtar respublikada aparılan genişmiqyaslı quruculuq tədbirlərindən Culfa rayonuna da xeyli pay düşüb, 21 yeni məktəb binası tikilərək və ya yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilib. Hazırda rayonun Gülüstan kəndində tikilən yeni məktəb binasında son tamamlama işləri görülür. Yeni tədris ilində 4900 şagird rayonun 26 tam orta məktəbində təhsil alacaq. Onlardan 536 nəfəri ilk dəfə məktəbə qədəm qoyur.

Sonra məktəbin birinci sinfinə qəbul edilmiş bir qrup şagird müəllim peşəsinə, Vətənə, məktəb illərinə aid şeirlər söyləyib, şagirdlər ilk zəngin sədaları altında məktəbə daxil olublar.

X X X

Kəngərli rayonunun Qıvraq qəsəbə tam orta məktəbində Bilik Günü münasibətilə keçirilən tədbiri rayon icra hakimiyyətinin başçısı Kamal Ələkbərov açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı prioritet istiqamət təşkil edir. Yeni inkişaf yolunda uğurla addımlayan muxtar respublikada təhsil sahəsinə böyük qayğı göstərilir. Yeni məktəb binalarının tikilməsi, təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi diqqət mərkəzində saxlanılır. Bunu Kəngərli rayonunun timsalında da görmək olar.

Qeyd olunub ki, rayonda 12 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Bu ilin yanvar ayında Yurdçu kənd tam orta məktəbinin yeni binası istifadəyə verildikdən sonra Kəngərli rayonunda fəaliyyət göstərən tam orta məktəblərin hamısı müasir bina ilə təmin edilib. Eyni zamanda, ötən il rayon Təhsil Şöbəsi və Uşaq-gənclər şahmat məktəbi üçün yeni bina inşa edilərək istifadəyə verilib.

İcra hakimiyyətinin başçısı Bilik günü münasibətilə rayonun bütün pedaqoji kollektivlərini təbrik edərək, onlara yeni dərs ilində daha böyük uğurlar arzulayıb.

Tədbirdə Kəngərli Rayon Təhsil Şöbəsinin müdiri Əli Vəliyev, Qıvraq qəsəbə tam orta məktəbinin direktoru Mahmud Cavadov çıxış ediblər.

X X X

Bilik günü münasibətilə Şahbuz şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən tədbiri açan rayon Təhsil Şöbəsinin müdir əvəzi Eylaz İsmayılov müəllimləri və şagirdləri yeni dərs ili münasibətilə təbrik edərək, onlara uğurlar arzulayıb.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Nurəddin Quliyev müəllim və şagirdləri əlamətdar gün münasibətilə təbrik edərək bildirib ki, bu gün Şahbuz rayonunun müəllim və şagird kollektivləri də ən yüksək səviyyədə dövlət qayğısı ilə əhatə olunublar. Rayonda 23 tam orta məktəb, 4 məktəbdənkənar müəssisə, 1 idman və 1 şahmat məktəbi fəaliyyət göstərir. Son illər 21 yeni məktəb binası pedaqoji kollektivlərin istifadəsinə verilib. Kolanı kənd məktəbinin tikintisi isə davam etdirilir.

Nurəddin Quliyev tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, rayonun pedaqoji kollektivləri qazanılan uğurları son hədd hesab etməməli, yeni dərs ilində daha böyük göstəricilərə nail olmaq üçün yaradılan şəraitdən səmərəli istifadə etməyə səy göstərməli, muxtar respublikada təhsilin inkişafına öz töhfələrini verməlidirlər.

Sonra məktəbin direktoru Məhərrəm İsmayılov, təhsil ocağının Azərbaycan dili və ədəbiyyat müəllimi Növrəstə Xudiyeva Bilik günü və yeni dərs ilinin başlanması münasibətilə müəllim və şagirdləri təbrik edib, onlara uğurlar arzulayıblar.

X X X

Sədərək məktəbliləri də Bilik günündə yeni tədris ilinin sevincini yaşayıblar. Xüsusilə birinci siniflərə qədəm qoyan məktəblilər üçün ilk dərs günü əsil bayram ab-havasında keçib.

Sədərək kənd 1 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Həbib İbrahimov Bilik günü və yeni dərs ili münasibətilə tədbir iştirakçılarını təbrik edib. Bildirib ki, ölkəmizdə təhsilin uzunmüddətli dövr üçün əsas inkişaf istiqamətlərini müəyyən edən milli təhsil konsepsiyası və təhsil sisteminin inkişafını nəzərdə tutan dövlət proqramları qəbul olunub. Müasir konsepsiya və proqramların əsas tələblərindən biri də milli mənəvi və ümumbəşəri dəyərlərə dərindən yiyələnən, onları qoruyan və inkişaf etdirən, geniş dünyagörüşə malik olan, təşəbbüs və yenilikləri qiymətləndirməyi bacaran, təhsil aldığı ixtisas üzrə nəzəri və praktik biliklərə tamamilə sahiblənən, yenilikçi təfəkkürlü mütəxəssis hazırlanmasıdır. Odur ki, muxtar respublikada bu sahəyə xüsusi diqqət yetirilir, təhsilimizin möhkəm təməllər üzərində qurulmasına şərait yaradılır.

Sonra müəllim və valideynlər çıxışlar ediblər, şagirdlər ilk zəngin sədaları altında siniflərə daxil olublar.

X X X

Sentyabrın 15-i bütün məktəblərdə olduğu kimi, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində də hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən distant tədrisə cəlb olunan sağlamlıq imkanları məhdud uşaqlar 2016-2017-ci tədris ilinin ilk dərsini keçib. Hazırda mərkəzdə 24 hərəkət qabiliyyəti məhdud şagird təhsil alır, onların təhsili ilə 4 müəllim məşğul olur. Distant tədrisə yeni cəlb olunan iki uşağın yaşadığı mənzillərdə asinxron rəqəmsal abunəçi avadanlığı, noutbuk və veb-kameralar qoyulub.

Mərkəzdə fəaliyyət göstərən görmə qabiliyyəti məhdud uşaqlar üçün xüsusi ibtidai məktəbdə də uşaqların iştirakı ilə ilk dərslərə başlanılıb. Günün ikinci yarısında isə eşitmə qabiliyyəti məhdud şəxslər üçün, həmçinin bu kateqoriyalı uşaqlardan təşkil olunan məktəbyaşlı qrupa daktilo əlifbasının tədrisi üzrə ilk distant dərs keçilib. Distant dərsi sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli respublika Xüsusi İnternat Məktəbinin müəllimi tədris edir.

X X X

Bilik günü ərəfəsində Naxçıvan şəhərində və muxtar respublikanın bütün rayonlarında keçirilmiş tədbirlərdə aztəminatlı, həmçinin distant tədrisə cəlb olunan sağlamlıq imkanları məhdud uşaqlara məktəbli geyimi və ləvazimatları təqdim olunub.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq