REGİONLAR
Bilik yarışında fərqlənən şagirdlər mükafatlandırılıblar
Gəncə, 9 yanvar, Rauf Hacıyev, AZƏRTAC
Gəncədə keçirilən bölgə məktəblilərinin bilik yarışında fərqlənən şagirdlər mükafatlandırılıblar.
Bilik Körpüsü Hazırlıq Mərkəzindən AZƏRTAC-a bildirilib ki, şagirdlər arasında keçirilən 10-cu bilik yarışında Gəncə, Goranboy, Şəmkir, Göygöl, Samux, Daşkəsən və Mingəçevir məktəbliləri iştirak ediblər.
Şagirdlərə təqdim olunan suallar məktəblilərin yeni dərslik və aylıq proqramlarını əhatə edib. Maksimum nəticə daha çox 9-10-cu sinif şagirdləri arasında qeydə alınıb.
Sonda komissiyanın qərarı ilə yüksək nəticə göstərən 100 şagird seçilib, hər kateqoriya üzrə ilk 10-luq və hər sinif üzrə ilk 3 yerin sahibi diplom, fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:09]
Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
- 26.04.2024 [15:39]
Xocalı al lalələrlə bəzənib FOTO
- 26.04.2024 [14:59]
“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb
- 26.04.2024 [14:35]