ELM VƏ TƏHSİL


Bilik yarışması komandalarının növbəti görüşü fevralda olacaq

A+ A

Bakı, 7 fevral, AZƏRTAC 

Paytaxt məktəbliləri arasında “Gənc istedadlar” breyn-rinq bilik yarışı keçirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, yarışda 24, 84, 113, 312 və 327 nömrəli tam orta məktəblərin “İntellekt”, “Zəfər”, “Zəka”, “Lider” və “Təfəkkür” komandaları iştirak edir.

Yarışımanın birinci mərhələsində məktəblilər Azərbaycan dili, riyaziyyat, Azərbaycan tarixi və coğrafiya fənləri üzrə biliklərini sınaqdan keçiriblər. Mərhələnin sonunda 312 və 327 nömrəli tam orta məktəblərin “Lider” və “Təfəkkür” komandaları maksimum 15 xal toplayaraq digər komandalardan fərqləniblər.

İkinci mərhələdə şagirdlər biologiya, fizika, informatika və ingilis dili fənləri üzrə bilik yarışına qatılıblar. Bu mərhələdə “Lider” və “Təfəkkür” komandaları 11 xal toplayaraq iki mərhələnin nəticələrinə görə 26 xalla liderliyi bölüşüblər.

Komandaların növbəti görüşü fevralda 327 nömrəli tam orta məktəbdə keçiriləcək. Beynəlxalq Ana dili Gününə həsr olunan bu mərhələdə şagirdlər kimya, ədəbiyyat, dünya tarixi və riyaziyyat fənləri üzrə mübarizəyə qoşulacaqlar.

Məktəblilərin “Gənc istedadlar” breyn-rinq bilik yarışı şagirdlərin müxtəlif sahələr üzrə istedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin, müzakirə, təhliletmə, nitq qabiliyyəti, özünü təqdimetmə və kollektivi təmsiletmə qabiliyyətinin, İKT-dən istifadədə elmi bacarıqlarının üzə çıxarılması məqsədilə təşkil edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.