CƏMİYYƏT


“Bilikdən birlik doğar” intellektual yarışı Beynəlxalq Könüllülər Gününə həsr olunub

Bakı, 6 dekabr, AZƏRTAC 

Dekabrın 6-da Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən könüllülərin fəaliyyətinə dəstək məqsədilə “Bilikdən birlik doğar” mövzusunda intellektual yarış keçirilib.

Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, intellektual yarış Beynəlxalq Könüllülər Gününə həsr olunub.

Yarışmada Bilik Fondunun, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”), Azərbaycan Tələbə Gənclər Təşkilatının, Azərbaycan İslam Həmrəylik Oyunları Əməliyyat Komitəsinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin könüllülərindən ibarət komandalar iştirak edib.

Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev yarışmada altı komandanın iştirak etdiyini bildirib, könüllülük prinsipinin dəyərə çevrildiyini söyləyib. Könüllülərin təmsil etdikləri rəsmi qurumlarla Bilik Fondunun əməkdaşlığını diqqətə çatdıran aparat rəhbəri gənclərin bu əməkdaşlığa dəstək verməsinin vacibliyini vurğulayıb.

Bildirilib ki, 1985-ci ildən etibarən dekabrın 5-i BMT-nin Baş Məclisi tərəfindən Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur.

Sonra yarışa start verilib. İki turdan ibarət müsabiqəyə tarix, mədəniyyət, ədəbiyyat, müasir texnologiyalar və multikulturalizm mövzularında ümumilikdə 30 sual daxil edilib. Yarışmada Azərbaycan Qızıl Aypara Cəmiyyətinin komandası qalib gəlib.

Qalib komandanın üzvlərinə kubok, diplom və hədiyyə, digər beş yerin sahiblərinə isə təşəkkürnamələr verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.