MƏDƏNİYYƏT
Bilkənt Simfonik Orkestrinin Heydər Əliyev Mərkəzində keçiriləcək konsertinin anonsu yayımlanmışdır VİDEO
Bakı, 17 yanvar (AZƏRTAC).Türkiyənin məşhur Bilkənt Simfonik Orkestrinin yanvarın 29-da Heydər Əliyev Mərkəzində keçiriləcək konsertinin anonsu yayımlanmışdır.
Heydər Əliyev Mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, UNİCEF-in Türkiyədə xoşməramlı səfiri olan orkestrin Bakı konsertində tamaşaçılara Türkiyə, Almaniya və Rusiya bəstəkarları Ülvi Cemal Erkin, Feliks Mendelson və Sergey Raxmaninovun əsərləri təqdim ediləcəkdir.
Orkestrin bədii rəhbəri İşın Metinin dirijorluğu ilə keçəcək konsert proqramında skripkada Azərbaycanın Əməkdar Artisti Toğrul Qəniyev çıxış edəcəkdir.
Artıq konsertin biletləri satışdadır. Qiyməti 10 manat olan biletləri Heydər Əliyev Mərkəzinin kassasından əldə etmək mümkündür.