DÜNYA


Bill Geytsin sərvəti rekord həddə çatıb

A+ A

Bakı, 23 avqust, AZƏRTAC

Dünyanın ən varlı adamı bu günlərdə daha da varlanıb. Ötən cümə gününə “Microsotf” şirkətinin rəhbəri Bill Geytsin xalis aktivlərinin dəyəri 90 milyard dollara çatıb. Mənfəətin əsas mənbəyi “Canadian National Railway” və “Ecolab Inc” dövlət holdinqləri olub.

AZƏRTAC psm7.com saytına istinadla xəbər verir ki, səhmlərin artımı sahibkara 680 milyon dollar qazandırıb. B.Geytsin aktivlərinin ümumi məbləği tarixi rekord hesab olunur. Microsoft korporasiyasının başçısının xalis aktivlərinin dəyəri ABŞ-ın ümumi daxili məhsulunun 0,5 faizinə bərabərdir. Bu ilin martında B.Geytsin sərvəti 83,3 milyard dollar təşkil edib. Böyük Britaniyanın Avropa İttifaqından çıxması səbəbindən sahibkar 1,8 milyard dollar itirib.

Dünyanın ən zəngin adamı öz sərvətinin ən azından yarısını xeyriyyəçiliyə yönəltməyə söz verib. “Bloomberg” indeksinə əsasən, dünyada ikinci ən varlı adam ispaniyalı Аmansio Orteqadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.