DÜNYA


Binəli Yıldırım: 15 iyul hadisələri nəticəsində 208 şəhid vermişik

A+ A

Bakı, 18 iyul, AZƏRTAC

İyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişi cəhdinin qarşısının alınması nəticəsində şəhid olanların sayı 208-ə çatıb. Onlardan 60-ı polis, 3-ü hərbçi, 145-i mülki şəxsdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazir Binəli Yıldırım iyulun 18-də Türkiyə Nazirlər Kabinetinin üç saatlıq iclasından sonra jurnalistlər üçün keçirdiyi mətbuat konfransında məlumat verib.

Baş nazir bildirib ki, qiyam nəticəsində ümumilikdə 1491 nəfər yaralanıb. İndiyədək 7543 nəfər həbs edilib.

Sualları cavablandıran B.Yıldırım Türkiyənin hava məkanının təhlükəsizliyi ilə bağlı hazırda hər hansı təhdidin olmadığını, ölkə üzrə ümumi vəziyyətə nəzarət edildiyini diqqətə çatdırıb.

Qiyamda iştirak edən şəxslərin edam cəzasına məhkum olunması ilə bağlı suala cavab verərkən Baş nazir deyib ki, bu, Konstitusiyada dəyişiklik tələb edən bir məsələdir. Vətəndaşlarımız hadisələrlə əlaqədar emosional davranaraq müəyyən çağırışlar səsləndirə bilərlər. Ancaq biz xalqın tələbinə göz yuma da bilmərik. Bütün bu məsələlər Türkiyə Böyük Millət Məclisində müzakirə ediləcək.

Qeyd edək ki, Anadolu Agentliyi indiyədək 103 general və admiralın həbs olunduğu barədə məlumat yayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.