DÜNYA


Binəli Yıldırım: 15 iyul hadisələri xalqın müqəddəs zəfər dastanıdır

A+ A

Bakı, 19 iyul, AZƏRTAC 

15 iyul hadisələri xalqın müqəddəs zəfər dastanıdır. Xalqımız tarixinə layiq hərəkət edərək əcdadlarımızın qəhrəmanlıq ruhunu yenidən canlandırdı.

AZƏRTAC xəbər verir ki, bu sözləri iyulun 19-da Türkiyənin Baş naziri, hakim Ədalət və İnkişaf Partiyasının sədri Binəli Yıldırım partiyanın qrup toplantısındakı çıxışında deyib.

“Tankın gücü xalqın gücünü məğlub edə bilmədi”, - deyən B.Yıldırım qeyd edib ki, bu dövlət gücünü tankdan deyil, xalqdan alır. Bütün dövlət çevrilişlərinin milli iradəyə qarşı xəyanət olduğunu vurğulayan Baş nazir bildirib ki, qiyamçılar özlərinə inanaraq, bir neçə saat ərzində ölkəni ələ keçirəcəklərini düşünürdülər. Lakin Prezident Rəcəb Tayyib Ərdoğan heç bir təhlükədən qorxmayaraq, xalqı ilə birlikdə qiyamçıların qarşısına çıxaraq bu xain dövlət çevrilişi cəhdinin qarşını aldı. Xalqın, dövlətin həyatı təhlükə qarşısında olduğu zaman necə həmrəy olduğumuzu bütün dünya gördü.

B.Yıldırım dövlət çevrilişi cəhdinin qarşısının alınmasında göstərdiyi həmrəyliyə görə Türkiyə xalqına, siyasi partiyaların rəhbərlərinə təşəkkürünü bildirib, demokratiyanın qalib gəlməsi münasibətilə onları təbrik edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.