DÜNYA


Binəli Yıldırım: Dövləti təhlükədən qorumaq üçün görülən tədbirlər hakimiyyətin hüququdur

İstanbul, 12 iyul, АZƏRTAC

İstanbulda 2016-cı il iyulun 15-də Türkiyədə törədilən dövlət çevrilişi cəhdinin ildönümünə həsr olunan “Beynəlxalq 15 iyul simpoziumu” təşkil olunub.

Tədbirdə əvvəlcə Türkiyənin dövlət himni səsləndirilib.

Sonra 15 iyul şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Baş nazir Binəli Yıldırım mərasimdə çıxış edib. Hərbi çevrilişi cəhdinin Türkiyənin dövlətçilik tarixinə ağır zərbə vurduğunu qeyd edən hökumət başçısı bildirib ki, xalq Prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşərək dövləti məhv olmaq təhlükəsindən xilas edərək şərəfli bir qəhrəmanlıq salnaməsi yazıb. Baş nazir qeyd edib ki, dövləti təhlükədən qorumaq üçün görülən qanuni tədbirlər hakimiyyətin hüququdur. Buna qarşı çıxmaq yolverilməz və qarşılıqlı münasibətlərə hörmətsizlikdir. Türkiyənin bütövlüyü naminə canlarından keçən qəhrəman insanların əziz xatirəsi xalqın qəlbində əbədi olaraq yaşayacaq.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.