İQTİSADİYYAT


Binəqədi-Mehdiabad avtomobil yolunda nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

Bakı, 17 mart, AZƏRTAC

Aparılacaq təmir işləri ilə əlaqədar Binəqədi-Mehdiabad avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkəti martın 17-dən etibarən tam olaraq məhdudlaşdırılacaq.

Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, məhdudlaşdırma səhər saatlarından tətbiq olunacaq və bir neçə gün davam edəcək. Sürücülər alternativ olaraq Binəqədi-Novxanı və Binəqədi-Balaxanı avtomobil yollarından istifadə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.