MƏDƏNİYYƏT


Binəqədi Mərkəzi Kitabxanasında “Yay qiraəti” davam edir

Bakı, 8 avqust, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Binəqədi Rayon Mərkəzi Kitabxanasında “Yay qiraəti” layihəsi davam edir.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, hər həftənin cümə günü təşkil olunan tədbirdə rayonun bir sıra məktəblərinin şagirdləri kitabxanada mütaliə etməklə yanaşı, həm də oxuduqları kitabları qaytararaq yeni ədəbiyyat əldə edirlər. Məktəblilər layihə çərçivəsində mütaliə etdiyi kitablar əsasında esse yazacaq, aidiyyəti mövzuda rəsmlər çəkəcəklər.

Layihənin məqsədi uşaqların asudə vaxtlarının səmərəli təşkili və məktəblilər arasında mütaliəni təbliğ etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.