MƏDƏNİYYƏT


Binəqədi Rayon Mərkəzi Kitabxanasında “ALISA” proqramı ilə bağlı seminar keçirilib

A+ A

Bakı, 22 sentyabr, AZƏRTAC

Binəqədi Rayon Mərkəzi Kitabxanasında “Komplektləşdirmə və kitabişləmə şöbəsində “ALISA” proqramının tətbiqi” mövzusunda seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, seminarda “ALISA” proqramında işləmə qaydaları, portala giriş, şöbənin iş funksiyasının təşkili, yeni ədəbiyyatın proqramda işlənmə qaydaları, sənədləşdirmə, müvafiq işlərin filiallarda tətbiqi, kitabişləmə və kataloqlaşdırma haqqında məlumat verilib. Bildirilib ki, bu proqram Azərbaycan kitabxanalarını vahid məkanda birləşdirən elektron kitabxana sistemidir. Seminarda, həmçinin proqramın mənimsənilməsi üzrə dialoq aparılıb və suallar cavablandırılıb.

Qeyd edək ki, “ALISA” elektron kitabxana sisteminin məqsədi mərkəzləşdirilmiş kitabxana və kitabxanalar arasında vahid informasiya bazasının (kitab, qəzet, audio və s.) və təsnifatının formalaşdırılması, oxucunun geniş elektron kitab bazasına giriş imkanının təmin edilməsi, oxucu və kitabxana arasında daha rahat, vaxt itkisi olmadan operativ münasibətlərin qurulması məqsədlərini özündə birləşdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.