CƏMİYYƏT


Binəqədi rayonu ərazisində baş verən yanğın söndürülüb VİDEO

A+ A

Bakı, 3 iyul, AZƏRTAC

İyulun 3-də Bakının Binəqədi rayonu ərazisində, Naxçıvani küçəsində ikimərtəbəli binada yanğın baş verib.

AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadla xəbər verir ki, yanğın zamanı vətəndaşa məxsus, ümumi sahəsi 210 kvadratmetr olan müxtəlif təyinatlı binanın dam örtüyü yanıb.

Alovun söndürülməsi üçün dərhal hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası cəlb edilib. Alov saat 18:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Obyektin qalan hissəsi, ona bitişik tikililər və yaxınlıqdakı yaşayış binası yanğından mühafizə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.