CƏMİYYƏT


Binəqədi rayonunda “Beynəlxalq Gənclər günü” münasibətilə iməcilik keçirilib

Bakı, 5 avqust, AZƏRTAC

12 Avqust - “Beynəlxalq Gənclər günü” münasibətilə Binəqədi rayonunda “Gənclik həftəsi” layihəsi çərçivəsində iməcilik keçirilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, iməcilikdə icra hakimiyyətinin gənc əməkdaşları, Gənclər və İdman İdarəsinin kollektivi, Yeni Azərbaycan Partiyası rayon təşkilatının fəal üzvləri, 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin, Mənzil-Kommunal İstismar Sahələrinin əməkdaşları və ASAN könüllüləri iştirak ediblər.

İməcilik zamanı gənclər akademik Zərifə Əliyeva adına istirahət parkı, Mir Cəlal küçəsi 3, 5, 7, 9, 11 və 15 nömrəli binaların həyətləri, məhəllədaxili parklar və 6-cı mikrorayonda “Zeytunluq” adlanan ərazidə təmizlik işləri aparıblar. Ətraf mühit insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənib və abadlıq işləri görülüb.

Binaların həyətindəki uşaq qurğuları, oturacaqlar və söhbətgahlar təmizlənərək rənglənib, binaların girişlərində təmizlik işləri həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.