CƏMİYYƏT


Binəqədi rayonunda mebel sexində yanğın baş verib

A+ A

Bakı, 13 iyul, AZƏRTAC

Binəqədi rayonunda ümumi sahəsi 900 kvadratmetr olan, dörd boksdan ibarət mebel sexində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində sexin içərisində olan mebel dəstləri və taxta materiallar 480 kvadratmetr sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub, alov söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.