İDMAN
Binəqədi rayonunda qaliblər mükafatlandırılıblar
Bakı, 1 dekabr, AZƏRTAC
Binəqədi rayonundakı 244 nömrəli tam orta məktəbdə “Vətənin müdafiəsinə hazıram!” devizi ilə keçirilən poliatlon çoxnövçülüyü üzrə Bakı çempionatında üçüncü yeri tutan komanda üzvləri mükafatlandırılıblar.
Bu barədə AZƏRTAC-a Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən məlumat verilib. Mərasimdə idarənin baş məsləhətçisi Salman Əbdülov, məktəbin direktoru Yəhya Abbasov və qalib komandanın üzvləri iştirak ediblər.
Tədbirdə çağırış yaşlı gənclərin fiziki hazırlıq səviyyəsinin yüksəldilməsində, onlara vətənpərvərlik ruhunun aşılanmasında çempionatın əhəmiyyəti vurğulanıb. Çıxış edənlər komanda üzvlərini və məşqçi-müəllimi təbrik edərək, onlara növbəti yarışlarda müvəffəqiyyətlər arzulayıblar.
Sonda qaliblərə müvafiq dərəcəli diplom, medal və xatirə hədiyyələri təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
- 19.04.2024 [15:12]