CƏMİYYƏT


Binəqədi rayonunda sərnişin avtobusu yük maşını ilə toqquşub

Bakı, 7 iyun, AZƏRTAC

İyunun 7-də səhər saatlarında Binəqədi rayonunun ərazisində sərnişin avtobusu yük maşını ilə toqquşub.

AZƏRTAC xəbər verir ki, Azadlıq prospektində 202 saylı xətt üzrə hərəkət edən 90 XS 376 dövlət nömrə nişanlı “Daewoo” markalı sərnişin avtobusu 90 TN 283 dövlət nömrə nişanlı “İsuzu” markalı yük maşını ilə toqquşub.

İlkin məlumata görə, hadisə nəticəsində ölən və xəsarət alan yoxdur. Avtobusa və yük maşınına ziyan dəyib.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.