CƏMİYYƏT
Binəqədi rayonunda yanğının baş verdiyi binanın 25 sakini şəxsiyyət vəsiqələri ilə təmin olunub
Bakı, 25 may, AZƏRTAC
Mayın 19-da Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində şəxsiyyəti təsdiq edən sənədləri məhv olmuş vətəndaşlara yeni vəsiqələrin verilməsi ilə bağlı səyyar xidmət keçirilib.
Prezident İlham Əliyevin tapşırığına əsasən, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin və Binəqədi Rayon Polis İdarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin əməkdaşları tərəfindən keçirilən səyyar xidmət zamanı müraciət etmiş 25 nəfər şəxsiyyət vəsiqələri ilə təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu istiqamətdə tədbirlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]