CƏMİYYƏT
Binəqədi rayonunda yataqxanada yanğın baş verib, on beş nəfər təxliyə olunub VİDEO
Bakı, 4 iyul, AZƏRTAC
Binəqədi rayonunda beşmərtəbəli yataqxana binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində binanın beşinci mərtəbəsində ayrı-ayrı vətəndaşların məskunlaşdığı ümumi sahəsi 23 kvadratmetr olan otaq və eyvanı, ümumi sahəsi 23 kvadratmetr olan iki ayrı-ayrı otağın eyvanı və oradakı əşyalar yanıb, yüksək temperaturdan pilləkən qəfəsinin və ümumi mətbəxin lambirdən ibarət tavanı 20 kvadratmetr sahədə əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər bina sakini təxliyə olunub. Yataqxana binasının qalan hissəsi yanğından mühafizə edilib, alov yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.