CƏMİYYƏT


Binəqədi şosesində və Zabratda yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri görülürVİDEO

A+ A

Bakı, 21 oktyabr, AZƏRTAC

Son günlər yağan intensiv yağışlar nəticəsində Bakının bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolmuş, nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, güclü yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün nazirliyin müvafiq qüvvə və texnikası paytaxtın rayonlarına cəlb olunub.

Hazırda Binəqədi rayonunun Binəqədi şosesində və Sabunçu rayonunun Zabrat qəsəbəsində yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.