ELM VƏ TƏHSİL


Binəqədi və Nəsimi rayonları üzrə müəllim və valideynlərin müraciətlərinə baxılıb

Bakı, 26 may, AZƏRTAC 

Mayın 26-da Bakıdakı 299 nömrəli tam orta məktəbdə Binəqədi və Nəsimi rayonları üzrə müəllim və valideynlərin növbəti səyyar qəbulu keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, qəbula gələnlər təhsil müəssisələrinin təmiri, məktəblərin maddi-texniki təminatı, birinci sinfə qəbul prosesi, dərs bölgüsü və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşların müraciətləri qeydiyyata alınıb. Bir sıra məsələlər yerindəcə həllini tapıb, digərlərinin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.