REGİONLAR
Binəqədi və Nəsimi rayonundan olan 90 məktəbli Dövlət Bayrağı Gününü Qubada qeyd edib VİDEO
Bakının Binəqədi və Nəsimi rayonundan olan 90 məktəbli Dövlət Bayrağı Gününü Qubada qeyd edib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə təşkil olunan maarifləndirici tur-aksiyaların ikinci mərhələsi çərçivəsində Azərbaycanın Şimal bölgəsinə səfər edən məktəblilər noyabrın 9-da Quba şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında mehribanlıqla qarşılanıblar.
Rayon haqqında ətraflı məlumat aldıqdan sonra məktəblilər Heydər Əliyev Mərkəzinə gəliblər. Tur-aksiya iştirakçılarının diqqətinə çatdırılıb ki, dördmərtəbəli mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzey fəaliyyət göstərir. Burada ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərdə ölkəmizin müxtəlif bölgələrinə səfərləri, o cümlədən Quba rayon ictimaiyyəti ilə görüşlərini əks etdirən fotoguşələr yaradılıb.
Daha sonra Gənclər Mərkəzi ilə yaxından tanış olan məktəblilər burada xatirə şəkilləri çəkdirblər.
Binəqədi və Nəsimi rayonundan olan IX-XI sinif şagirdləri qarşıdakı 3 gün ərzində Quba, Qusar və Xaçmaz rayonlarının görməli yerləri, tarixi abidələrinə ekskursiya edəcək təbiəti ilə yaxından tanış olacaqlar.