ELM VƏ TƏHSİL
Biologiya fənni üzrə qəbul imtahanları üçün proqramın müzakirəsi davam etdiriləcək
Bakı, 10 oktyabr, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Biologiya fənni üzrə seminarın iş planının, 2016-cı ildə ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanları üçün proqramın müzakirəsi olub.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, müzakirədə Bakı və Sumqayıt şəhərlərinin orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, həmçinin internetlə videobağlantı əsasında Komissiyanın Gəncə, Şəki, Göyçay və Ağcabədi regional bölmələrində həmin bölgələri təmsil edən fənn müəllimləri də iştirak ediblər.
Çıxış edən müəllim və mütəxəssislər fikirlərini bildirib, təkliflər verilib.
Növbəti seminarda proqramın müzakirəsi davam etdiriləcək və bu il ali təhsil müəssisələrinə IV ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında istifadə olunmuş müvafiq test tapşırıqlarının elmi-metodiki təhlili aparılacaq.