ELM VƏ TƏHSİL


“Biologiyanın tədrisində əyləncəli metodik dərnəklərin təşkili” kitabı nəşr olunub

Bakı, 20 iyul, AZƏRTAC 

Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov və Dendrologiya İnstitutunun elmi işçisi Pərvin Şıxəliyevanın “Biologiyanın tədrisində əyləncəli metodik dərnəklərin təşkili” kitabı çapdan çıxıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabda biologiya və ekologiya fənnlərinin tədrisində sinifdənkənar və dərsdənkənar dərnək məşğələlərinin təşkilində şagirdlərin ətraf aləmlə tanışlığı, idrak marağının artırılması istiqamətində metodiki və praktiki materiallar təqdim olunur.

Yerin flora və fauna genofondunun mühafizəsi, biomüxtəlifliyin artırılması, ekoloji tarazlığın saxlanılması istiqamətində dünya alimləri tərəfindən geniş tədqiqat işləri aparılmaqla yanaşı, bu problemlərin həlli istiqamətində məktəblərdə biologiyanın tədrisində çoxsahəli əyləncəli-metodik layihələrdə hazırlanır.

Xüsusən də məktəblərdə, biologiya və ekologiya elminin tədrisi şagirdlərə canlı təbiətin maddiliyini, qanunauyğunluqlarını, canlıların yaranmasını, quruluşunu, yayılmasını, inkişafını öyrətməklə yanaşı, ətraf mühitin mühafizəsinin zəruriliyinin dərk edilməsində əsas rol oynayır. Biologiya və ekologiya elminin mənimsənilməsində bitkilərin sənaye və təsərrüfat əhəmiyyətliliyi, çoxaldılması, yerli şəraitə uyğunlaşdırılması sahəsində biliklərin artırılmasında sinifdənkənar təbiətə ekskursiya, müşahidə və təcrübələrin qоyulması bu elmə maraq dairəsinin artmasına səbəb olur.

“Biologiyanın tədrisində əyləncəli metodik dərnəklərin təşkili” kitabında əyləncəli metodik layihələr əsasında məşğələlərin təşkili uşaq və gənclərdə ekoloji mədəniyyətinin formalaşdırılmasında, xeyirxahlığın tərbiyə olunmasında, müşahidəyə maraq və tələbatın yaradılmasında böyük əhəmiyyət kəsb edir.

Digər tərəfdən belə ekoloji və bioloji məşğələlər insanları təbii resurslardan düzgün istifadəyə və ekoloji tərbiyə əsasında təbiətə qayğı ilə yanaşmağa sövq edir.

“Biologiyanın tədrisində əyləncəli metodik dərnəklərin təşkili” kitabı I-XI sinif şagirdləri, biologiya və ekologiya müəllimləri, təbiətsevərlər üçün nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.