ELM VƏ TƏHSİL
Bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Fəaliyyət Planı təsdiqlənib
Bakı, 16 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Fəaliyyət Planı təsdiq edilib. Milli Strategiyanın yerinə yetirilməsi ilə bağlı görülən işlər haqqında informasiyanın toplanması, işlənməsi, hesabatların hazırlanaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinə təqdim olunması, AMEA-nın daxilində, eləcə də akademiya ilə digər icraçı təşkilatlar arasında əlaqələndirmənin təmin edilməsi məqsədilə işçi qrup yaradılıb.
AZƏRTAC xəbər verir ki, AMEA rəyasət heyətinin növbəti iclasında “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya”dan irəli gələn tədbirlərin akademiyada icrası ilə bağlı məsələ müzakirə olunub.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, Prezident İlham Əliyevin 2016-cı il 3 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Milli Strategiyanın həyata keçirilməsi üzrə Fəaliyyət Planında digər təşkilatlarla yanaşı, akademiyanın da qarşısında mühüm vəzifələr qoyulub. Qeyd edilib ki, AMEA-ya tapşırılmış işlərin icrasının təmin edilməsi üçün bu qurumun strukturları arasında iş bölgüsünü nəzərdə tutan Fəaliyyət Planı hazırlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:37]
Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub
- 24.04.2024 [19:11]
Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib
- 24.04.2024 [19:03]
Bartın Universitetinin müəllimi ADPU-da olub
- 24.04.2024 [18:35]
BDU-da Karyera Festivalı keçiriləcək
- 24.04.2024 [18:30]
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək
- 24.04.2024 [18:08]
ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb
- 24.04.2024 [17:55]
Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı
- 24.04.2024 [17:47]