ELM VƏ TƏHSİL
Bioloqlar ürək üçün sintetik “enerji həbləri”ni əvəz edən zülal aşkarlayıblar
Bakı, 9 avqust, AZƏRTAC
Bioloqlar tərəfindən həm ürək əzələ liflərinin kütləsini artıran, həm də fiziki yüklənmə zamanı sintetik “enerji həbləri”ni əvəz edən zülal aşkarlanıb.
AZƏRTAC ria.ru saytına istinadla xəbər verir ki, alimlərin kəşf etdiyi “Kardiotrofin-1” adlı zülal ürək hüceyrələrinin ölçüsünü normal şəkildə böyüdərək damarların genişlənməsini stimullaşdırır. Bu isə idman məşqləri zamanı ürəyin davamlılığını artırır.
Kanadanın Ottava Universitetinin əməkdaşı Lin Megeni bildirib ki, alimlər çoxdan ürəyin bu cür işləməsinə kömək edə bilən mexanizm axtarırdılar. Nəhayət, ürəyin hipertrofiyasına nail olmaq istəyən bioloqlar “Kardiotrofin-1” adlanan zülalı bir çox maddələrlə qarışdıraraq bu problemin həllini tapıblar. Qeyd olunan maddə, ilk növbədə, siçanlar üzərində təcrübədən keçirilib. Nəticədə CT tərkibli inyeksiyaların ürəkdə gipertrofiyanın inkişafını dayandıraraq ürək tutmasının qarşısını aldığı məlum olub.
L.Megeni qeyd edib ki, yeni mexanizm idmandan məhrum olan və bir çox ürək xəstəliklərindən əziyyət çəkən insanların həyatını xilas edə biləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:37]
Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub
- 24.04.2024 [19:11]
Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib
- 24.04.2024 [19:03]
Bartın Universitetinin müəllimi ADPU-da olub
- 24.04.2024 [18:35]
BDU-da Karyera Festivalı keçiriləcək
- 24.04.2024 [18:30]
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək
- 24.04.2024 [18:08]
ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb
- 24.04.2024 [17:55]
Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı
- 24.04.2024 [17:47]