CƏMİYYƏT


Bioloqlar yaş ötdükcə vaxtın sürətlə keçməsinin sirrini açıblar

A+ A

Bakı, 13 avqust, AZƏRTAC

Bioloqların keçirdiyi tədqiqat insanların vaxt duyğusunun nədən asılı olması və nə üçün yaş ötdükcə zamanın su kimi axması təəssüratının yaramasının izahını tapıb.

AZƏRTAC “medikforum.ru” saytına istinadla xəbər verir ki, bunun səbəbi insanın zaman hissinə təsir edən metabolizmindədir.

Alimlər yaş ötdükcə vaxtın niyə sürətlə keçib getdiyini şərh ediblər.

Əvvəllər güman edilirdi ki, uşaqlıq dövründə sanki hər şeyin asta cərəyan etməsinin səbəbi işlərin azlığıdır. Yaş artdıqca işlərin sayı da artır və adama elə gəlir ki, vaxt sürətlə keçir. Lakin son tədqiqatlar göstərib ki, bu belə deyil və səbəb orqanizmdə baş verən kimyəvi proseslərlə bağlıdır.

Alimlər qeyd edirlər ki, zamanı qavrama beynin nə qədər məlumat qəbul etməsindən asılıdır. Məlumat nə qədər çoxdursa, vaxt bir o qədər çox uzanır. Uşaqlıq dövründə beyin külli miqdarda informasiya emal edir. Böyüklər isə ətraf mühitə daha yaxşı bələddirlər. Buna görə də onlara elə gəlir ki, gün, hətta il əvvəlkindən daha sürətlə keçir.

Bu prosesə dofamin də təsir edə bilər. İyirmi yaşdan sonra onun səviyyəsi azalır və belə təəssürat yaranır ki, vaxt sürətlə ötüb keçir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.