ELM VƏ TƏHSİL


Biometrik texnologiyalarla bağlı araşdırmalar aparılır

Bakı, 25 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda biometrik texnologiyalar, proqram mühəndisliyinin nəzəri əsasları və proqram sistemlərinin keyfiyyət göstəriciləri üzrə elmi tədqiqatlar aparılır.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, cari ildə insanın irqi və etnik mənsubiyyətinin müəyyənləşdirilməsində səmərəliliyin artırılması üçün yeni alqoritm işlənib. İnsanın əl damar izləri və kəllə sümüklərinin təsvirləri əsasında tanınması üçün metod və alqoritmlər hazırlanıb. Bu məqsədlə proqram mühəndisliyi sahəsində standartların təhlili və digər mövzular üzrə araşdırmalar aparılıb. Hazırda biometrik texnologiyalarla bağlı işlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.