Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Biomüxtəlifliyin qorunması Azərbaycanda ekoloji siyasətin əsas hədəflərindən biridir

Biomüxtəlifliyin qorunması Azərbaycanda ekoloji siyasətin əsas hədəflərindən biridir

Bakı, 19 fevral, E.Hüseynov, AZƏRTAC 

Sənaye sahələrinin nəzarətsiz fəaliyyəti nəticəsində ətraf mühitə atılan tullantılar və yandırılan kimyəvi məhsullar Yer üzərində və atmosferin aşağı qatında çoxsaylı dəyişikliklər törədir. Tədqiqatlar zamanı müəyyən edilib ki, 1980-ci ildə Hudzon körfəzinin (Kanada) qərb rayonlarında erkək ağ ayının orta çəkisi 295,5, 2004-cü ildə 230,5 kq təşkil edib. Güman etmək olar ki, ağ ayıların orta çəkisinin azalması Arktikada dəniz buzlarının əriməsi ilə əlaqədardır. Dəniz buzlarının sahələrinin azalması hətta pinqvinlərin də populyasiyasının 50 faiz azalmasına gətirib çıxarıb. İqlim dəyişikliyi artıq Arktika xalqlarının həyatına ciddi təsir göstərir, onların balıqçılıqla və ovçuluqla məşğul olmalarına maneçilik törədir.

Məlumdur ki, iqlimin dəyişilməsi biomüxtəlifliyin itirilməsinin başlıca səbəbidir. Alimlər hesab edirlər ki, qlobal iqlim dəyişikliyi gələcəkdə yad növlərin yayılması və torpaqdan istifadə edilməsində baş verən dəyişikliklərlə birgə, bəzi növlərin miqrasiya imkanlarını məhdudlaşdıracaq və onların itməsini sürətləndirəcək. İqlimin dəyişilmələri ərzaq, həyat üçün gəlir və vasitələrin vacib mənbəyi olan daxili su ekosistemlərinə də mənfi təsir göstərir. Belə ki, son 10 ildə dünyada balıqlarının 20 faizindən çoxu ya itmiş, ya itmək təhlükəsi altındadır, ya da nadir hesab oluna bilər. Dəniz ekosistemləri də iqlim dəyişilmələrinə qarşı çox həssasdırlar. Mal-qara otlaqlarının normadan artıq istifadəsi də torpaqların sıradan çıxması ilə nəticələnir. İqlim dəyişmələri kənd təsərrüfatında da mənfi izlər buraxır, zərərverici və xəstəliklərin yayılmasına şərait yaradır, bitkilərin məhsuldarlığına təsir göstərir. Eyni zamanda, yağıntıların rejiminin dəyişməsi, güclü yağış zamanı torpaqdan faydalı maddələrin daha intensiv yuyulması, küləklərin güclənməsi və daha quru rayonlarda təsadüfi meşə yanğınlarının sayının artması nəticəsində də ətraf aləm ciddi ziyan görür.

Bir sözlə, iqlimin dəyişilməsi biomüxtəlifliyə təhlükə törədir. Nə qədər acınacaqlı olsa da, XXI əsrin başlanğıcında bəşəriyyət iqlim dəyişiklikləri ilə üzbəüz qalıbdır. Odur ki, yaranmış vəziyyət biomüxtəlifliyin qorunub saxlanılması və davamlı istifadəsinə dair ciddi tədbirlər görülməsini tələb edir.

Təbiətin mühafizəsi, ehtiyatların səmərəli istifadəsi, xüsusilə də, unikal növlərin qorunması - milli və bəşəri məsələlərdir. Azərbaycan Respublikası 2000-ci ildə BMT-nin Baş Assambleyasının biomüxtəliflik üzrə Konvensiyasına qoşulub. Konvensiyaya uyğun olaraq ötən dövr ərzində respublika ərazisində bioloji müxtəlifliyin qorunması ilə bağlı bir sıra tədbirlər həyata keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, hazırda ölkəmizdə ümumi sahəsi 892546,49 hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən, 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ümumilikdə xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini, o cümlədən, milli parklar 3,7 faizini təşkil edir.

Fəxrlə deyə bilərik ki, Azərbaycan dünyada zəngin fauna və florası olan ölkələrdən biridir. Burada faunanın 18 min növü, məməlilərin 97, quşların 357, balıqların 100-ə yaxın, amfibiya və reptiliyaların 67 növ və yarımnövü, həşəratların isə 15 minə yaxın növü qeydə alınıbdır. Ölkəmiz Yer kürəsində palçıq vulkanlarının unikal və klassik inkişaf regionu kimi tanınıb. Dünyada çinarın 7 növü vardır. Azərbaycanda isə onun yalnız bir növü - Şərq çinarı bitir. Şərq çinarının çoxsahəli əhəmiyyətini, dünyada az yayılmasını, nadir bitki olmasını və son əsrlərdə xeyli azalmasını nəzərə alaraq, onun adı Azərbaycanın “Qırmızı kitabı”na yazılıb. Buna baxmayaraq, biomüxtəlifliyin qorunub saxlanılması ilə bağlı problemlər ölkəmizdən də yan keçməyib. Azərbaycanın əsas ekoloji problemləri sırasında biomüxtəlifliyin seyrəkləşməsi, meşə ehtiyatlarının, xüsusən də, faunanın azalması mühüm yer tutur. Bu isə öz növbəsində biomüxtəlifliyin qorunub saxlanılmasını zəruri edir. Bu baxımdan Azərbaycanda da ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunması problemlərinin həllinə böyük diqqət yetirilir. 1993-cü ildə xalqın tələbi ilə yenidən Azərbaycana rəhbərlik etməyə başlayan Heydər Əliyev tərəfindən ətraf mühitin mühafizəsi və bioloji müxtəlifliyin qorunmasına xidmət edən bir sıra tədbirlər həyata keçirildi. Təbiətə böyük qayğı və həssaslıqla yanaşan Heydər Əliyev: “Ətraf mühitə insani münasibət göstərilməsi, biomüxtəlifliyin qorunub saxlanılması bizim gələcəyimiz üçün çox vacibdir. Biz təbiətdən təcrid olunmuş şəkildə yaşaya bilmərik”, – deyirdi.

Ulu öndərin bünövrəsini qoyduğu ekoloji siyasətin əsasında bu gün biomüxtəlifliyin qorunub-saxlanılması dayanır.

Buna misal olaraq Azərbaycanda bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair dövlət başçısının Sərəncamı ilə qəbul edilmiş Milli Strategiya və Fəaliyyət Planını (mart, 2006) göstərmək olar. Bununla yanaşı, son illər biomüxtəlifliyin mövcud vəziyyətinin və inkişaf tendensiyalarının öyrənilməsi, eləcə də genetik ehtiyatların səmərəli istifadə və reintroduksiya məqsədləri ilə toplanması üzrə beynəlxalq və yerli ekspedisiyalar həyata keçirilib. 2004-cü ildə Azərbaycanda Bioloji Müxtəlifliyə dair I Milli Məruzə, 2006-cı ildə Ərzaq və Kənd Təsərrüfatı Bitki Genetik Ehtiyatlarının vəziyyətini əks etdirən II Milli Hesabat hazırlanıb. Beynəlxalq əhəmiyyətli bu mühüm sənədlərdə biomüxtəlifliyin və onun genetik ehtiyatlarının həqiqi vəziyyəti, gözlənilən təhlükələr və bu təhlükələrin təsirinin yumşaldılması üzrə görülməsi vacib olan tədbirlər, prioritet və tələbatlar geniş şərh olunub. Son illər Prezident İlham Əliyevin sərəncamları ilə mühafizə edilən ərazilərin sayının artırılması, onların sahələrinin genişləndirilməsi, eləcə də statusunun qaldırılması, yeni milli parkların, qoruq və yasaqlıqların yaradılması Bioloji Konvensiyanın konseptual müddəalarına əsaslanaraq biomüxtəlifliyin bərpası və qorunmasının strateji və taktiki məsələlərinin həlli istiqamətində Azərbaycanda atılmış çox mühüm addımlardır.

2010-cu ilin 24 dekabr tarixində start verilmiş “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində 2014-cü il ərzində 12 baş ceyran Samux rayonunun inzibati ərazisinə buraxılıb. Bununla da reintroduksiya olunmuş ceyranların sayı 150 başa çatdırılıb.

Zaqatala-Balakən regionunda ölkə tarixində ilk biosfer rezervatının yaradılması üçün təyin olunmuş xarici ekspertlərlə birlikdə müvafiq tədbirlər həyata keçirilib, ilkin qiymətləndirmə sənədi hazırlanaraq Niyyət Protokolu imzalanıb. Hazırda layihəyə başlanılması üçün Xüsusi Razılaşma Protokolunun dövlətdaxili razılaşdırılması üzrə iş aparılır.

Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisinin genişləndirilərək Qızılağac Dənizkənarı Milli Parkının yaradılması məqsədilə Nazirlər Kabinetinin 2014-cü 7 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında “Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərinin tərkibindəki sahilyanı ekoloji sistemlərdə idarəetmənin təkmilləşdirilməsi” layihə sənədi” təsdiq edilib və layihənin təqdimatı ilə bağlı ilk görüş keçirilib.

İl ərzində xüsusi mühafizə olunan təbiət ərazilərində qeydə alınmış qanun pozuntusu faktlarına görə təqsirkarlara qarşı 927 akt, 237 protokol tərtib edilib. Tərtib edilmiş akt və protokollara əsasən inzibati qaydada 154550 manat məbləğində cərimə tətbiq olunub, təbiətə dəymiş ziyan 67667,80 manat məbləğində müəyyən edilib.

Ötən ildə Milli Parkların ərazisinə daxil olmuş turistlərin sayı 2313 nəfər (onlardan 340 nəfəri xarici, 1973 nəfəri yerli vətəndaş) olub və bilet satışından daxil olan vəsaitin məbləği 3665 manat təşkil edib.

IDEA İctimai Birliyinin təşəbbüsü ilə Heydər Əliyev Mərkəzində keçirilən Qafqaz Biomüxtəlifliyi Sammiti də biomüxtəlifliyin qorunması sahəsində atılan ən uqurlu addımlardandır.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva sammitdə çıxışında deyib: “Bizim coğrafi mövqeyimiz nəinki mədəniyyətimizə, həmçinin təbiətimizə də təsirini göstərib. Belə ki, dünyadakı 11 iqlim qurşağından 9-u məhz Azərbaycanda yerləşir və bu, bizim biomüxtəlifliyimizi təmin edir. Ətraf mühiti nəinki öz Vətənimizdə, bütün dünyada qorumağı qarşısına məqsəd qoyan IDEA fəaliyyət göstərdiyi müddətdə Azərbaycanda və bütövlükdə regionda ekologiyanın, flora və faunanın mühafizəsi ilə bağlı bir sıra layihələr həyata keçirib. Onların sırasında bölgənin rəmzi olan, nəsli kəsilmək təhlükəsi ilə üzləşən 5 heyvan növünün - qonur ayı, imperator qartalı, boz canavar, ceyran və Qafqaz bəbirinin mühafizəsini nəzərdə tutan “Qafqazın böyük beşliyi” layihəsi xüsusi əhəmiyyət kəsb edir. Əsas məqsədimiz dünyada nəsli kəsilməkdə olan növlərin bərpasına nail olmaq və onları qorumaqdır. Bununla bağlı bir sıra beynəlxalq təşkilatlarla da birgə iş aparılır. Sevindirici haldır ki, artıq Azərbaycan Beynəlxalq Ətraf Mühitin Qorunması Təşkilatının üzvüdür.”

Həyata keçirilmiş layihələr çərçivəsində Azərbaycanda 3 milyondan çox ağac əkildiyini diqqətə çatdıran Leyla Əliyevanın sözlərinə görə, bununla yanaşı, təhsil ocaqlarında ətraf mühitin qorunması üzrə siniflər yaradılıb.

Göründüyü kimi, ölkəmizdə həyata keçirilən davamlı ekoloji siyasət nəticəsində bioloji müxtəlifliyin qorunması üçün xüsusi mühafizə olunan ərazilərə qayğı göstərilir. Bitki genetik ehtiyatlarının pasportlaşdırılması, toplanması, bərpası, çoxaldılması, davamlı, yüksək məhsuldar, keyfiyyətli nümunələrin aşkar edilərək seleksiya işinə cəlb edilməsi üzrə ölkəmizdə görülən işlər də bu qəbildəndir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BSU-da 31 Mart soyqırımına həsr olunmuş tədbir keçirilib

İslahatlar gözləntisi və ya qərəzli manipulyasiyalar aləti

Pedaqoji Universitetdə fəal tələbələr fakültəyə bir günlük rəhbərlik ediblər

Fizika fakültəsinin məzunları 50 il sonra ADPU-da görüşüblər

® “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda seminar keçirilib

BDU-da respublika elmi konfransı: 1918-ci il mart soyqırımı tarixi tədqiqatlarda

Türk dünyasında törədilən soyqırımları və onların nəticələri – konfrans

Neftçalada özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

Musiqili Teatrda Lütfəli Abdullayevin xatirəsi anılıb

BDU Elmi şurasının növbəti iclası

Culfada Yaycı soyqırımı qurbanlarının xatirəsi anılıb

Sofiya Universitetində “Yaz paralelləri: Azərbaycan-Bolqarıstan” sərgisi təşkil olunub

Baş katib: MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurası Bakıda toplaşacaq VİDEO

Sırski: Rusiya Xarkova hücum etsə, bura onlar üçün “ölümcül şəhər" olacaq

Pakistan Azərbaycanla İKT sahəsində gənclərin mübadiləsi proqramına başlamaq niyyətindədir

31 Mart – azərbaycanlıların soyqırımı tarixin hələ tam açılmamış səhifələrindəndir

Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Harvard Universitetinin təqaüdçüsü: Məqsədim Azərbaycanda astrofizika sahəsini daha çox inkişaf etdirməkdir - EKSKLÜZİV

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Premyer Liqa: “Neftçi” səfərdə “Qəbələ”ni məğlub edib

BDU-nun 105 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanacaq

Azərbaycanlı şahmatçılar beynəlxalq turnirdə qələbə qazanıblar

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Kürdəmirdə vətəndaşları qəbul edib

Naxçıvanda ilk dəfə maralfalfa bitkisi əkilib

Milli Kitabxanada Əli Tudənin anadan olmasının 100 illiyi qeyd edilib

Azərbaycan-Çin əlaqələri - tarixi İpək yolundan başlanan dostluq

® “Azercell” gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir

BMT-nin İnkişaf Proqramı çərçivəsində COP29-la bağlı potensial tərəfdaşlıq müzakirə olunub

Ədəbiyyat Muzeyində “Soyqırımlarının qıra bilmədiyi sarsılmaz iradə” mövzusunda elmi sessiya keçirilib

Qubada aqrar sahənin investisiya imkanları və yeni çağırışlar müzakirə olunub

Rusiya XİN: Ermənistan quru yerdə qala bilər

® “Rabitəbank”dan yüksək keşbekli əməkhaqqı kartı!

Ceyhun Bayramov: Sülh prosesinin irəlilədilməsi istiqamətində yeni çağırışlar yaradan bir sıra addımlar prosesə maneə törədir

Biləsuvarda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan elmi konfrans keçirilib

Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

Xabi Alonso “Bayer”də qalacağını açıqlayıb

Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb

Naxçıvanda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi konfrans keçirilib

AZAL martın 31-dən yay uçuş cədvəlinə keçir

“Bülbülün qonaqları” rubrikası növbəti dəfə Məmməd Səid Ordubadiyə həsr olunub

Məktəblərdə direktor müavini vəzifəsinə işə qəbul üzrə təkrar müsahibə keçirilir

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

Mərkəzi Gömrük Hospitalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib

Quba şəhərindəki kütləvi məzarlıq 1918-ci il mart soyqırımının qanlı tablolarından biridir - elmi konfrans

“Telegram”da yeni funksiyalar olacaq

Təhsil müəssisəsində aşkar edilən qanunsuzluqlarla bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

XƏBƏRDARLIQ: Hava şəraiti dəyişəcək, külək, yağış, qar, daşqın və sel gözlənilir

Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır

Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək

Aşqarlar Kimyası İnstitutunda mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb

“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər

Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb

Gənclərə ətraf mühitin qorunması, alternativ enerji mənbələri mövzularında təlim keçirilib

31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

Məhkumların uşaqları həm əyləndi, həm öyrəndi

Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürdü VİDEO

“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalının həkimi Almatıda keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib

® “PAŞA Qrup” şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində “FileSender” xidməti istifadəyə verilib

Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

® “Unibank” biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

Turizm və Menecment Universitetində 1918-ci il mart soyqırımına həsr olunan tədbir keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması

Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar

BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Ömür boyu eyni yerdə işlədi, İkinci Dünya müharibəsindən sonra Türkiyəyə yollanmış atasını tapdı... Vəfalı oldu

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB VİDEO

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ VİDEO

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib VİDEO

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb