CƏMİYYƏT


“Bir” Tələbə-Könüllü Proqramının təqdimatı olub

A+ A

Bakı, 16 noyabr, AZƏRTAC

Noyabrın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Bir” Tələbə-Könüllü Proqramının təqdimat mərasimi keçirilib.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə universitetin tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev “Bir” Tələbə-Könüllü Proqramının əhəmiyyətini vurğulayıb, tələbələri bu proqramda fəal iştirak etməyə çağırıb.

“Bir” Tələbə-Könüllü Proqramının Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradıldığını söyləyən proqramın meneceri Canoğlan İlyasov bu layihə ilə bağlı geniş məlumat verib. Bildirilib ki, bu proqram ölkədə bir sıra irimiqyaslı tədbirlərin planlaşdırıldığı və bu tədbirlərin təşkilində tələbə könüllülərin böyük rolunun olduğu nəzərə alınmaqla tələbə-könüllülərlə işin təşkilinin sistemləşdirilməsi, vahid məlumat bazasının yaradılması, tələbələrin könüllü fəaliyyətlə məşğul olmalarının stimullaşdırılması məqsədilə yaradılıb.

Sonra tələbələr üçün altı müxtəlif istiqamətdə (öyrən, öyrət, yaşa, yaşat, kəşf et, zövq al) fəaliyyət göstərən proqram çərçivəsində keçirilmiş təlimlər, seminarlar, komanda turları, festivallar, xeyriyyə aksiyaları və s. barədə videoçarx nümayiş olunub.

Tələbələrin iştirakı ilə viktorina keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.