REGİONLAR
Bir ailədən ibarət 20 nəfərlik musiqi qrupu VİDEO
Şabran, 10 noyabr, Elxan Yusifli, AZƏRTAC
Şabran şəhərində yaşayan Ağasızadələr ailəsini Azərbaycanın şimal bölgəsində hamı tanıyır. Onları “qardaşlar” və ya “ailə” ansamblı da adlandırırlar.
AZƏRTAC xəbər verir ki, “Çıraqqala” adlanan ansamblın 20 üzvü var. Ailə ansamblı 46 il əvvəl məşhur zurna ifaçısı Ağası Ağasızadə tərəfindən yaradılıb. Dövrünün məşhur musiqiçilərindən sayılan ustadın yolunu indi 8 oğlu, qardaşlarının övladları və nəvələri davam etdirir.
Ailənin 15 üzvü musiqi təhsili alıb. Ansamblın digər özəlliyi isə üzvlərinin bir neçə musiqi alətində ifa etmək bacarığıdır. Ailə ansamblının ən kiçik üzvü 4 yaşlı Sadiq Ağasızadə nağarada ifa edir. Bayram tədbirlərində iştirak edən ansamblın uğurları da az deyil.
Musiqi qrupunun əsas musiqi alətləri zurna və balabandır. Ailə ansamblının qarşıya qoyduğu ən böyük məqsəd ölkəmizdən kənarda konsert proqramları ilə çıxış edərək, milli musiqi alətlərimizi tanıtmaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:45]
Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO
- 23.04.2024 [17:33]
Şəkidə ağacəkmə aksiyası keçirilib
- 23.04.2024 [15:42]
Sumqayıt rəssamları Şuşaya səfər ediblər
- 23.04.2024 [14:43]
Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib
- 23.04.2024 [14:14]
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO
- 23.04.2024 [13:57]