CƏMİYYƏT
Bir çox insanlarda Ebola virusuna qarşı immunitet var
İmmunitet canlı orqanizmin virus, bakteriya və digər zərərli amillərdən müdafiəsini təmin edən mürəkkəb sistemdir. Virus immuniteti tamamilə öyrənilməyib, lakin onun əsasları çoxdan məlumdur. ABŞ-dan olan mütəxəssislər əmindirlər ki, Yer kürəsindəki insanların çoxunda Ebola virusuna qarşı anadangəlmə immunitet var.
AZƏRTAC bunu xarici ölkə KİV-lərinə istinadla xəbər verir.
Alimlər hesab edirlər ki, bu kəşf əsasən Ebola virusunun dayandırılmasına xidmət edəcək. İlkin statistikaya görə, xəstə adamla təmasda olanların 71 faizi virusa yoluxmayıb. Məlumatların elmi təsdiqə ehtiyacı var. Virus bioloji mayelərlə ötürülür. Əvvəllər xəstə adamla təmas zamanı yoluxmaq 90 faiz mümkündür.
Qeyd edək ki, xəstəlik insan orqanizminə düşən zaman böyük dəyişikliklərə səbəb olur, əksər hallarda yoluxma pasiyentin ölümü ilə nəticələnir.