İQTİSADİYYAT


Bir gündə avtomobillərin icbari sığortası üzrə 1686 sayda elektron sığorta müqaviləsi bağlanılıb

A+ A

Bakı, 3 noyabr, AZƏRTAC

Noyabrın 1-də İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 1686 standart və sərhəd sığorta müqavilələri elektron qaydada bağlanılıb.

İSB-dan AZƏRTAC-a bildiriblər ki, bunların 323-ü xarici ölkədə qeydiyyata alınıb və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. Qeyd olunan tarixdə standart və sərhəd sığorta müqavilələri üzrə ödənişlər elektron qaydada Hökumət Ödəniş Portalı vasitəsilə həyata keçirilib və sığorta haqlarının məbləği 124,065.75 manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.