DÜNYA


Bir həftə ərzində su altında dincəlmək 15 min dollara başa gəlir

Bakı, 4 avqust, AZƏRTAC 

Fici arxipelaqının adalarının birində həftəsi 15 min dollara başa gələn otel nömrəsi var.

AZƏRTAC “novate.ru” saytına istinadla bildirir ki, “Poseydon” adlanan və 73 nömrədən ibarət otel suyun altında tikilib. Oteldə quraşdırılan xüsusi sistem suyun təzyiqini normallaşdırmaqla, sakinlərin baş ağrılarını aradan qaldırır.

Buradan həmçinin dəniz heyvanlarının həyatını da izləmək mümkündür. Qonaqların xidmətində trenajor, bir neçə restoran, hətta ekzotik bir məkanda nigaha girmək istəyənlər üçün otaq da fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.