DÜNYA


“Bir liderin doğuşu: Rəcəb Tayyib Ərdoğan” adlı kitabın Bosniyada təqdimatı olub

A+ A

Bakı, 30 iyul, Ceyhun Alışlı, AZƏRTAC

Bosniya və Herseqovinanın Doboj şəhəri yaxınlığında yerləşən Kotorosko qəsəbəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi həyatından bəhs edən “Bir liderin doğuşu: Rəcəb Tayyib Ərdoğan” adlı kitabın təqdimat mərasimi keçirilib.

AZƏRTAC Anadolu xəbər agentliyinə istinadla məlumat verir ki, təqdimat mərasimi sözü gedən ölkədə fəaliyyət göstərən Dostluq Körpüləri Dərnəyi tərəfindən təşkil olunub.

Yazıçılar Hüseyn Besli və Ömər Özbay tərəfindən qələmə alınan bu kitab 2011-ci ildə nəşr olunub. Kitabın təqdimat mərasiminə ölkə vətəndaşları ilə yanaşı, bu ölkədə fəaliyyət göstərən əcnəbi qonaqlar da qatılıb.

Kitabda Türkiyə Prezidentinin siyasi fəaliyyəti və ölkə üçün gördüyü işlər yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.