DÜNYA


Bir milyon “Nubia Z17” smartfonu 51 saniyəyə satılıb

Bakı, 6 iyun, AZƏRTAC

Bu gün “Quick Charge 4.0+” sürətli enerjidoldurma texnologiyasını dəstəkləyən ilk “Nubia Z17” smartfonu satışa çıxarılıb. Smartfonun standart dəstinə “Quick Charge 3.0” enerjidoldurma qurğusu daxildir.

AZƏRTAC “Internetua” resursuna istinadən xəbər verir ki, Çinin ən böyük “Jingdong” internet mağazası ilk 1 milyon ədəd “Nubia Z17” smartfon modelinin 51 saniyə ərzində satılmasını açıqlayıb. Həmçinin qeyd olunur ki, yeni qabaqcıl “Nubia” smartfonu mağaza tarixində mobil qurğular kateqoriyasında 4 dəqiqəyə satışlar üzrə mütləq rekorda imza atıb. Mağaza “Nubia Z17” modelinin satışları üzrə cari məlumatları açıqlamır.

Geniş texniki xüsusiyyətlərə malik smartfonun başlanğıc qiyməti 410 dollar təşkil edir.

Qeyd edək ki, “Quick Charge 4.0+” “Quick Charge 4.0” texnologiyasının təkmilləşdirilmiş versiyasıdır. “Qualcomm” diqqəti səmərəlilik, sürət və istilikvermə kimi 3 əsas parametrə yönəldib. Belə ki, xüsusi “Dual Charge” texnologiyası enerji cərəyanını bölərək istiliyin ayrılmasını 3°C azaltmağa və enerjinin toplanma vaxtını 15 faiz sürətləndirməyə imkan verir. İstilikvermənin zəiflədilməsi, həmçinin akkumulyatorun istismar müddətini artıracaq.

Bundan başqa, “Qualcomm” enerjinin doldurulması zamanı təhlükəsizliyin artırılması üçün əlavə funksiyalar quraşdırıb. Məsələn, “Quick Charge 4.0+” eyni anda korpus və portun temperatur səviyyələrinə nəzarət edir ki, bu da qızma, qısa qapanma və ya “USB Type-C” çıxışının zədələnməsinin qarşısını alacaq. Şirkət nümayəndəsinin sözlərinə görə, enerjinin toplanma səmərəliliyi “Quick Charge 4.0” ilə müqayisədə 30 faiz yüksəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.