DÜNYA


Bir milyon dollarlıq komiks

A+ A

Bakı, 6 avqust, AZƏRTAC

ABŞ-ın Dallas şəhərində keçirilən hərracda Supermen haqqında ilk komiks 956 min dollara satılıb.

AZƏRTAC TASS-a istinadla xəbər verir ki, Action Comics-in çapdan çıxmış ilk sayının üzərində göstərilən tövsiyə olunan qiymət isə 10 sent olub. Hərracın təşkilatçıları nadir nüsxəni 750 min dollara satmağı düşünsə də, yekun gəlir gözləniləndən xeyli çox olub.

Qeyd edək ki, indiyə qədər komiksin ilk nüsxəsinin 100-dən artıq surəti qorunub saxlanıb. Hərracda satışa qoyulan nüsxə isə Supermen fanatı tərəfindən 1990-cı ildə 26 min dollara alınmışdı. Qeyd olunur ki, nüsxənin vəziyyəti də idealdan xeyli uzaqdır. Bir çox kino və cizgi filmlərinin qəhrəmanına çevrilmiş Supermen Amerikanın və dünyanın ən populyar komikslərindən biridir. Daha bir maraqlı fakt isə Supermen və digər müsbət komiks qəhrəmanlarını ekranda canlandıran aktyorların bədbəxt hadisələrlə üzləşməsidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.