İQTİSADİYYAT


Bir neçə müəssisənin səhmlərinin ilkin buraxılışı dövlət qeydiyyatına alınıb

A+ A

Bakı, 3 noyabr, AZƏRTAC

Oktyabrın 27-də Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin hər birinin nominal dəyəri 2 manat olan 210 min ədəd adi səhmlərinin ilkin buraxılışı AZ1001019954 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Palatadan AZƏRTAC-a bildiriblər ki, MBNP tərəfindən, həmçinin “Avromed Company” QSC-nin hər birinin nominal dəyəri 50 manat olan 1140 ədəd adi səhmlərinin ilkin buraxılışı AZ1001019913 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Hər iki müəssisənin səhmləri qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.