REGİONLAR


Bir nömrəli məktəb-lisey İmişlinin qabaqcıl tədris ocaqlarındandır

A+ A

İmişli, 3 oktyabr, Mahir Babayev, AZƏRTAC 

İmişlidəki Nəriman Nərimanov adına şəhər 1 nömrəli humanitar təmayüllü məktəb-lisey rayonun qabaqcıl təhsil ocaqlarındandır. 1964-cü il ildən fəaliyyət göstərən məktəbin yüzlərlə məzunu hazırda respublikamızın müxtəlif nazirlik və komitələrində, elm, mədəniyyət, səhiyyə və digər sahələrində çalışır.

AZƏRTAC xəbər verir ki, 2015-2016-cı tədris ilində məktəbi bitirən 76 şagirddən 32-si ali məktəblərə qəbul olunub. Onlardan 14 nəfəri 500-700 arası bal toplayıb.

Məktəbin direktoru Akif Mövsümov AZƏRTAC-a bildirib ki, məktəbdə 1200 şagirdin təlim-tərbiyəsi ilə 87 müəllim məşğul olur. Onlardan ikisi “Tərəqqi medalı”na, biri “Əməkdar müəllim” fəxri adına, biri isə “Qabaqcıl müəllim” döş nişanına layiq görülüb. Məktəbimiz bu il buraxılış imtahanları və ali və orta ixtisas məktəblərinə qəbulda fərqləndiyinə görə rayonda birinci yerə çıxıb ki, bu da müəllimlərimizin öz peşələrinə ürəkdən bağlılığını və pedaqoji kollektivimizin gərgin əməyinin bəhrəsidir.

Ötən illərdə qazanılan uğurlardan ruhlanan məktəbin pedaqoji kollektivi yeni dərs ilində də inamla çalışır, şagirdlərə elmin sirlərini dərindən aşılamaq üçün mütərəqqi iş üsulu və metodlardan bacarıqla istifadə edirlər.

Qeyd edək ki, məktəb həm də rayonda maraqlı tədbirlər, olimpiadalar, bilik və idman yarışları, əyləncəli oyunların keçirildiyi məkan kimi də tanınır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.