MƏDƏNİYYƏT


Bir qrup Azərbaycan jurnalisti, yazıçı və şairi “Zvezda” Dövlət Nəşriyyat Evinin fəxri fərmanına layiq görülüb

A+ A

Bakı, 20 iyul, AZƏRTAC

Bir qrup Azərbaycan jurnalisti, yazıçı və şairi 22 iyul - milli mətbuat günü ərəfəsində Belarus İnformasiya Nazirliyi redaksiya-nəşriyyat təşkilatının – “Zvezda” Dövlət Nəşriyyat Evinin direktoru və eyniadlı qəzetin baş redaktoru Aleksandr Karlyukeviçin müvafiq əmri ilə fəxri fərmana layiq görülüb.

AZƏRTAC xəbər verir ki, “Zvezda” Nəşriyyat Evi ilə səmərəli əməkdaşlığa və Belarus-Azərbaycan mədəni və ədəbi əlaqələrinin inkişafında böyük töhfəyə görə, habelə milli mətbuat günü münasibətilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru, yazıçı-tərcüməçi Afaq Məsud, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, “Mədəniyyət.az” jurnalının baş redaktoru Zöhrə Əliyeva, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, şairə Kəmalə Abiyeva, tənqidçi, ədəbiyyatşünas alim İradə Musayeva və yazıçı-tərcüməçi Kamran Nəzirli fəxri fərmana layiq görülüblər.

A.Karlyukeviç Belarus Yazıçılar İttifaqının Minsk vilayəti üzrə sədri, həm də Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.