SİYASƏT


Bir qrup hərbi qulluqçuya polkovnik hərbi rütbəsi verilib

Bakı, 26 dekabr, AZƏRTAC

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən bir qrup zabitə növbəti polkovnik hərbi rütbəsi verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi qulluqçularla görüşən Z.Həsənov onlara xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.

Nazir Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrimizdə görülən irimiqyaslı quruculuq işlərindən, son vaxtlar dövlət rəhbərliyi səviyyəsində ordu quruculuğunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən danışıb. Vurğulanıb ki, dövlətin orduya göstərdiyi bu yüksək diqqətə cavab olaraq hər bir hərbi qulluqçu üzərinə düşən vəzifə borcunu vicdanla yerinə yetirməli, xalqın və dövlətin etimadını doğrultmaq üçün bütün vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.